Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır.

Tarixi Blaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır.

2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.

Pivə çeşidi thumb|219x219px Hazırda pivə zavodu pivəni bir növdə istehsal edir:

Pirinsko Svetlo — alkoqol tərkibi 4.3% olan açıq pivə

Əvvəllər tünd pivə də istehsal olunurdu:

Pirinsko Tmno — alkoqol tərkibi 4.7% olan tünd pivə

Xarici keçidlər

"Pirinso" TM-nın rəsmi saytı Carlsberg Bulgaria-nın rəsmi saytı ratebeer.com saytında "Pirinsko" pivəsi

Kateqoriya:1967-ci ildə yaranan şirkətlər Kateqoriya:Blaqoyevqrad Kateqoriya:Carlsberg Group