220px|thumb|right Azərbaycan talismanları və ya maskotları müxtəlif tədbirlərdə istifadə edilir.
Təşkilatlar Talisman Obraz Şəkil Təşkilat Haqqında Qur-Qur qurbağa —Azərbaycan Gimnastika Federasiyası 180 metr boya malik olan yaşıl qurbağadır. 2018-ci ildə təqdim olunmuşdur. Batut Gimnastikası üzrə Avropa Çempionatında (2018), Bədii gimnastika üzrə Dünya Çempionatında (2019) və kişi idman gimnastikası üzrə Avropa çempionatından (2020) talisman kimi çıxış etmişdir. Ledo bəbir —Azərbaycan Cüdo Federasiyası 2023-cü ildə Heydər Əliyevin 100 illik yubileyinin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində təqdim olunmuşdur. Bəbir çeviklik, sürət, zəriflik, güc və ağılı simvolizə edir. "Ledo" adı "leopard" və "cüdo" sözlərinin birləşməsindən yaranmışdır. Kəhər Qarabağ atı —"Qarabağ" FK Antropomorfik Qarabağ atıdır. 12 nömrəli formanı geyinir. "Qarabağ" klubunun ləqəblərindən biri "köhlən at"lardır. Talisman ilk dəfə 2025-ci ildə təqdim olunmuş, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu kimi baş tutan "Şelburn"la görüşdə azarkeşlər qarşısına çıxmışdır. Zirəddin qartal —"Zirə" FK Antropomorfik göy rəngli qartaldır. 14 nömrəli formanı geyinir. Azzi Qarabağ qartalı —Gənclər və İdman Nazirliyi Antropomorfik Qarabağ qartalıdır, qızılı rəngdədir. 2023-cü ildə təqdim olunmuşdur. Qartal qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir. İlk dəfə 2023-cü ildə Formula 1 Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşlərin qarşısına çıxmışdır. Mr. ASANT qarışqa —ASAN xidmət Antropomorfik qarışqadır. 2018-ci ildə təqdim olunmuşdur. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir. Adı "ASAN" və "ant" (ingiliscə "qarışqa") sözlərinin birləşməsindən yaranmışdır.
İdman tədbirləri Talisman Obraz Şəkil Oyun Haqqında Top-Top Qız insan 120pxFİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 İri, mavi gözlərə malikdir. İdmana böyük maraq göstərən, sürətlə qaçmağı bacaran, daim gümrah olan bu gənc qız həm də gözəl xarici görünüşə malikdir. Həyatdan ən yüksək səviyyədə zövq almağı bacarır. Uşaq yaşlarından futbol oynadığı üçün futbol onun dünyasında xüsusi bir yerə malikdir. Azərbaycan milli komandasına dəstək əlaməti olaraq üzünə mavi, qırmızı, yaşıl olan Azərbaycan bayrağının rəngləri çəkilmişdir. Ceyran və Nar ceyran və nar 120px2015 Avropa OyunlarıCeyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə oyunların mədəniyyət elçisidir. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edir və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirir. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar isə günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulur. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir. İncə və Cəsur Qarabağ atları 120px2017 İslam Həmrəyliyi Oyunları"İncə" zəriflik və gözəllik nümunəsi olmaqla yanaşı, incəliyi, məlahəti ilə diqqəti cəlb edir, özündə milliliyi və müasirliyi qovuşdurur. Məharətli, mərd və məqsədyönlü "Cəsur" digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan "Cəsur" mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları təqdim olundu — FOTO . 1news.az. 13 fevral 2017. Cırtdan və Bəbir insan və bəbir —XV Yay Avropa Gənclər Olimpiya FestivalıAzərbaycan dilindən tərcümədə "kiçicik" mənası daşıyan balaca oğlan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Qafqaz bəbiri isə Azərbaycanın təbiətinin zənginliyini təşviq edir. Qafqaz bəbiri Azərbaycan faunasında yaxşı tanınan heyvan növlərindən biridir. Təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir.Cırtdan və Bəbir "Bakı 2019"un talismanı seçildi . news.milli.az. 21 fevral 2019. Maralzadə maral —2025 WMF Dünya KubokuAntropomorfik maraldır. O, 12 aprel 2025-ci ildə baş tutmuş püşkatma mərasimi zamanı ictimaiyyətə təqdim olunmuşdur. Bəbir və Leyla bəbir 120px2025 MDB Oyunları Antropomorfik bəbirlərdir. Bəbir Qafqaz bəbirinin obrazında yaradılmışdır. Azərbaycanın təbiətini, gücünü və qonaqpərvərliyini təcəssüm etdirir. JanavariX canavar —Azərbaycan Basketbol Liqası Antropomorfik canavardır. Yenilməz insan —2022 Paracüdo üzrə Dünya Çempionatı Başı alov formasında olan, kimono geyimli oğlandır. Talisman Azərbaycan cüdoçularının mübarizliyini əks etdirir. Şah Oğlan insan —42-ci Ümumdünya Şahmat Olimpiadası Eynəkli, qara saçlı, həm milli, həm müasir geyimdə olan gənc şahmatçıdır. Şahlara xas olan xalat geyinib. Xalatın üzərisində buta və xalça naxışları yer alıb. Talisman 600-dən çox namizədin arasından seçilmişdir, müəllifi Musa Cəngiyevdir. – Qarabağ atları —Bakı–Xankəndi velosiped yarışı Antropomorfik iki Qarabağ atıdırlar. Qarabağ atı milli-mənəvi dəyərləri, güc və dözümlülüyü simvolizə edir.
Tədbirlər Talisman Obraz Şəkil Təşkilat Haqqında Ayna insan 120pxAzərbaycan Anime Konvensiyası
İstinadlar
Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Talismanlar