Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı () —Tbilisi şəhərində yerləşən Gürcüstanın aparıcı dram teatrlarından biri.

Tarixi Teatr 1928-ci ildə Kote Marcanişvilinin səyləri nəticəsində 2-ci Dövlət Dram Teatrı adı altında Kutaisi şəhərində açıldı. 1930-cu ildə teatr Tiflisə köçürüldü və Zubalov Milli Teatrının binasında yerləşdirildi. Kote Marcanişvili ilə birlikdə teatrın təşkilatçıları arasında onun tələbələri Veriko Ancaparidze, Tamara ÇavçavadzeБольшая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 28. Франкфурт — Чага. 1978. 616 стр., илл.; 32 л. илл. и карт., Uşangi Çxeidze, Şalva Qambaşidze, Dodo Antadze, Aleksandr Jorjoliani vardılar.Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 7. Гоголь — Дебит. 1972. 608 стр., илл.: 44 л. илл. и карт. 1 карта-вкл.

1933-cü ildə teatr Kote Marcanişvilinin adını aldı.

1949-1952-ci illərdə və 1963-cü ildən 1964-cü ilə qədər teatra Arçil Çxartişvili rəhbərlik edirdi, 1957-1960-cı illərdə isə Veriko Ancaparidze.

1958-ci ildə teatr kollektivi "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edildi. 1966-cı ildə teatr akademik statusuna layiq görüldü.

Teatr truppası

Vasili Qodziaşvili (1930—1976) Medeya Caparidze (1942—1994) Otar Koberidze (1981—2015?) Mamuka Kikaleyşvili (1981—1984) Edişer Maqalşvili (1948—1964) Sesil Takaişvili (1928—1967) Liya Eliava (1955-…) Serqo Zakariadze (1909—1971?) Otar Meqvinetuxutsesi (1954—2013)

İstinadlar

Kateqoriya:Gürcüstan teatrları Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar