Ralf Rotman () — alman yazıçı və dramaturq.
Həyatı və fəaliyyəti Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur.
2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənaye bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir.
Mükafatları
2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Alman yazıçılar Kateqoriya:Alman ədəbiyyatı Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Dramlar