Broud-Pik ( ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır.

İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir.

Coğrafiyası Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən yuxarıda yerləşir. uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.

Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m).  

Etimologiyası "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir.Richard Sale and John Cleare, Climbing the World's 14 Highest Mountains: The History of the 8, 000-Meter Peaks, The Mountaineers, 2000

Tarixi Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi. Fritz Vintersteller və Kurt Diemberqer hündürlüyə çatdı. Bu əlavə oksigen, bələdçi və ya baza düşərgəsi dəstəyi olmadan həyata keçirildi.

2007-ci ilin iyul ayında bir Avstriya alpinist komandası Broad zirvəsinə qalxdı və bir il əvvəl dağda vəfat etmiş Markus Kronthalerin cəsədini 8000 metrdən yuxarıda tapdı.„Broad Peak 2007“ Expedition in memoriam Markus Kronthaler, June to August 2007 (German)

2009-cu ilin qış və yaz aylarında zirvə fəthi qeydə alınmadı. Bu dövrdə sadəcə Polşa-Kanada komandası tərəfindən bir qış ekspedisiyası təşkil edildi və yaz aylarında Kristina Kastaqnanın ölümü ilə nəticələndi.

2012-ci ilin yayında "Koroška 8000" Sloveniya komandasının beş üzvü (Qreqor Laçen başçılıq edirdi) əlavə oksigen və bələdçi olmadan dağı fəth etdi. Onlar 4 nömrəli düşərgədən zirvəyə gedən qarlı yolu izlədilər və zirvəni digər ekspedisiyalardan daha yeddi alpinistə açdılar. Onların hamısı 31 iyul 2012-ci ildə zirvə fəth etdilər.

5 Mart 2013-cü ildə Makey Berbeka, Adam Bieleski, Tomasz Kovalski və Artur Malek ilk qış yüksəlişini etdi. Broud-Pik qışda fəth edilmiş on ikinci və polşalı alpinistlər tərəfindən qışda ilk dəfə fəth edilmiş on səkkizinci səkkizminlik idi. Eniş zamanı Makiey Berbeka və Tomasz Kovalski Düşərgə 4-ə çatmadı (7400 m məsafədə) və itkin düşmüş elan edildi. Martın 7-də ekspedisiyanın rəhbəri Krzisztof Vayliski, 58 yaşlı Makiey Berbeka və 27 yaşlı Tomasz Kovalskinin diri-diri tapılması üçün heç bir şansın olmadığını söylədi. Martın 8-də hər iki alpinist öldü və ekspedisiya başa çatdı.

2013-cü ilin iyul ayında beş iranlı alpinistdən ibarət qrup cənub-qərb tərəfdən yeni bir marşrutla dağa qalxmağa cəhd etdi. Onlardan üçü - Aidin Bozorgi, Pouya Keivan və Moytaba Garahi müvəffəqiyyətlə qalxdılar, lakin enmə zamanı üçü də itkin düşərək öldü.Rescue attempts for Iranian climbers http://altitudepakistan.blogspot.com/2013/07/broad-peak-new-route-iranian-climbers.html#u3

23 iyul 2016-cı ildə fransız Antoine Girardın Broud-Pikdən paraşütlü uçuşu ilə ilk dəfə bir paraşütçü 8000 metrlik zirvədən uçdu.

14 iyul 2019-cu ildə Pakistandan 17 yaşlı Şehroze Kaşif, iki HAP-ı Əkbər Hüseyni Sadpara və Abbasla birlikdə bu zirvəni fəth edən ən gənc şəxs oldu.

İstinadlar

Kateqoriya:Çin dağları Kateqoriya:Pakistan dağları Kateqoriya:Dağ zirvəsi – səkkizminliklər