thumb|Võrtsjärv gölünün və Vaibla kəndinin dron videosu 2022 Vırtsyavr gölü () — Estoniyanın cənubundakı Tartu, Vilyandimaa və Valqamaa qəzalarının sərhəddində yerləşən şirin su gölü. Sahəsi təqribən 269.19 km²-dir. Estoniyanın Çud-Pskov gölündən sonrakı ən böyük ikinci gölüdür və Estoniyanın ən böyük daxili gölüdür. Coğrafiyası Gölün nisbətən aşağı sahilləri cənubda bataqlıq, şimalda isə qumluqlardan ibarətdir. Şərq sahilində, Tamme kəndi yaxınlığında sahil aşınması vardır. Buradakı qayalar Şotlandiyada tapılan oxşarları ilə müqayisə edilən Devon balığının qalıqları vardır.
Gölün cənub hissəsində bir neçə kiçik ada vardır. Bunlardan yalnız Tondisaar və Pyahksaar qalıcı adalardır. Ainsaar suyun azaldığı zamanlar yarımadaya çevrilir. Heinassaar su qalxdıqda yüksək su altında qalır. Bu göllərdə suyun səviyyəsinin dəyişməsi ilə əlaqədar, orta illik fərq 1,4 m-dir. Noyabr-aprel ayları arasında göl buz təbəqəsi ilə örtülü olur.
Estoniyanın ən böyük qoruğu olan Alam Pedya Təbiət Qoruğu gölün şimal-şərqində yerləşir.
Dəniz səviyyəsindən yüksəklik - 33 m-dir. Orta dərinlik 2.8 m, ən dərin yeri isə 6 m təşkil edir.
Vyake-Emayıqi, Tarvastu, Tyanassilma, Ihne, Leye, Aduli və digər çaylar gölə tökülür. Vırtsyavr gölündən Çud-pskov gölünə tökülən iri Emayıqi çayı başlayır. Göl adi ilanbalığı və digər ləzzətli balıq növləri üçün çoxalma yeridir. Göldən ildə 250 tona qədər balıq tutulur.
Gölün sahilində limnoloji stansiya vardır.
Tarixi Göl hövzəsi son buz dövrünə qədər mövcud olmuşdur. Sonra gölün divarını qismən aşındıran və hövzəni qismən çöküntülərlə dolduran hərəkət edən buz təbəqələri ilə sahəsi dəyişdirilmişdir. Mövcud formada göl Orta Holosendən bəri mövcuddur.
Göl haqqında ilk olaraq Heinrixin Livoniya salnaməsində xatırdılır, burada Vorçeqerve adlandırılır. 1818-ci ildə gölün buzlü səthində Vasili Struve, Livland əyalətinin dəqiq xəritəsini tərtib etmək üçün astronomik-triqonometrik işinə başlayır. Bu da Struve Geodeziya Qövsünün təşkilində ilk addım olurJahresverhandlungen der Kurländischen Gesellschaft für Literatur und Kunst . — Mitau, 1819. — Bd. 1. — S. 94-96.How F.G.W. Struve started his ambitious project? : Страница виртуального музея Тартуской обсерватории.
İstinadlar
Kateqoriya:Estoniya gölləri