Tomas Ettvud (; ) — ingilis iqtisadçı və siyasətçi.

Həyatı və fəaliyyəti Tomas Etttvud 6 oktyabr 1783-cü ildə İngiltərənin Halesouen şəhərində doğulmuşdur. Əvvəlcə Halesouen Dil Məktəbinə getmiş, ardınca isə təhsilini Vulverhempton Dil Məktəbində davam ettirmişdir. 12 may 1806-cı ildə Elizabet Karles ilə ailə qurmuşdur.

Əmək fəaliyyətinə 1800-cü ildə atasının Birminhemdəki bankında başlamışdır. 1830-cu ildə Birminhem Siyasi İttifaqını yaratmışdır. Sözügedən siyasi təşkilat, Biminhem və ətrafında aktiv siyasi kampaniyalar apararaq, "İslahat Aktı"nın qəbul edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. 1832-ci ildə "İslahat Aktı"nın qəbuluna müyəssər olmuş və aktın ehtiva etdiyi seçki maddəsindən yararlanaraq Birminhemdən parlamentə seçilmişdir.

1856-cı ildə Malvern, Uorçesterşirdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:İngiltərə iqtisadçıları Kateqoriya:İngiltərə siyasətçiləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XIX əsr iqtisadçıları Kateqoriya:Britaniya publisistləri