Bançan (/ ˈbɑːnˌtʃɑːn, koreyaca: 반찬) və ya bansang Koreya mətbəxində bişmiş düyü ilə birlikdə təqdim olunan kiçik yan yeməklərə verilən addır.

Sadə bançan adətən bişmiş düyü, şorba, acı bibər pastası, soya sosu, cige (şorba) və kimçidən ibarət olur. Masaya qoyulan bançanın sayına görə 3çop(삼첩), 5çop(오첩), 7çop(칠첩), 9çop(구첩), 12çop(십이첩) kimi növləri var, 12çop adətən Koreya kral mətbəxində istifadə olunur. Making a bansang from Doosan Encyclopedia

Banchan paylaşılacaq masanın ortasına qoyulur. Masanın mərkəzində, ikinci dərəcəli əsas kurs, məsələn, galbi və ya bulgogi və ortaq bir jjigae . Bişmiş düyü və guk (şorba) qabları ayrıca qoyulur. Banchan kiçik hissələrdə verilir, hər yeməkdə bitməli və kifayət deyilsə yemək zamanı doldurulur. Adətən, yemək nə qədər rəsmi olarsa, daha çox banchan olacaqdır. Jeolla əyaləti, bir yeməkdə bir çox müxtəlif çörək növünə xidmət etməklə məşhurdur . Hanjeongsik from Naver open dictionary, food columnist Lee JinRang (이진랑), 2005-07-17

Tarixi BBançanın Üç Krallıq dönəmində buddizmin təsiri və bu krallıqların monarxiyaları tərəfindən ət yeməsinə qarşı qoyduqları qadağa hökmünün nəticəsində meydana gəldiyi düşünülür. Beləliklə, ət tərkibli yeməklərin qadağan edilməsi ilə tərəvəz mənşəli yeməklər daha çox ön plana keçdi və Koreya mətbəxinin diqqət mərkəzinə çevrildi ; saray mətbəxləri müxtəlif üsullarla yemək bişirməyə başladı, əhalinin orta təbəqəsi isə tərəvəz əsaslı yeməklərin daha kiçik və sadə formalarını hazırlamağa çalışdılar.

Koreyadakı monqol istilaları ət tərkibli yeməklərin qadağan edilməsinə və cesa(ehsan vermə) kimi mərasimlərdə ət verilməsinə son qoysa da, təqribən 6 əsrlik tərəvəz, bitki mənşəli bançanı Koreya mətbəxinə qazandırdı.

Çeşidləri

Kimçi thumb|Dongçimi (동치미) Kimçi, Çin kələmi, duz və qırmızı bibər tozu ilə fermentə edilmiş bançan növlərindən biridir. Kimçi Koreya mətbəxinin vacib bançanlarından sayılır. Bəzi koreyalılar kimçi olmadan yeməyi tam hesab etmirlər. Adı Koreya adı Təsviri Nabak-kimçi 나 박김치 Az ədviyyə ilə Çin kələmi və ağ turpdan hazırlanan sulu kimçi Dongçimi 동치미 Müxtəlif tərəvəzlərdən hazırlanan kimçi. Nabak kimçi və dongçimi “su kimçi” növlərindən sayılır. Gotcori 겉절이 Çin kələmi və kahıdan hazırlanır. Fermentə edilmədən yemək üçün təzə hazırlanmış xırtıldayan kimçi növü Qakdugi 깍두기 Kubik formasında hazırlanmış ağ turp kimçisi Oi sobagi 오이 소박이 Çili bibəri, soğan və buçu bitkisi ilə birlikdə hazırlanan xiyar kimçisi Çonggak kimçi 총각 김치 Çili bibər tozu əlavə edilmiş ağ turp. Sosiskaya bənzər ağ turpdan hazırlanır. Yolmu-kimçi 열무 김치 Qırmızı turp kimçisi Pa kimçi 파김치 Duzlu yaşıl soğan kimçisi. Duzlu siyənək balığı ilə birlikdə hazırlanır. Gat kimçi 갓김치 Qırmızı bibər tozu, özünəməxsus acı dadı və ətri ilə Hind xardallı yarpaq kimçisi.Types of kimchi from Kimchi Time

Namul thumb|Müxtəlif namullar Namul (나물) adətən küncüt yağı, duz, sirkə, doğranmış sarımsaq, doğranmış yaşıl soğan, qurudulmuş çili bibəri və soya sousu ilə buxarda hazırlanmış və ya qızardılmış tərəvəzlərdir. Adı Koreya adı Təsviri Kongnamul 콩나물 Qaynadılmış soya lobyası və küncüt yağından hazırlanır. Şiqımçi namul 시금치 나물 Küncüt yağı,sarımsaq və soya sosu əlavə edilmiş ispanaq. Miyok muçim 미역 무침 Şirin sirkə və  duz əlavə edilmiş dəniz yosunu Muçe 무생채 / 무채 Bəzən çili bibər tozunun da əlavə edildiyi şirin sirkədə saxlanılan ağ turp Gosari namul 고사리 나물 Qovrulmuş fern bitkisi Çvinamul 취나물 Qovrulmuş skabra bitkisi Birım namul 비름 나물 Ədviyyə əlavə edilmiş qaratərə bitkisi Nengi namul 냉이 나물 Qaynadılmış adi quşəppəyi bitkisi Dolnamul 돌나물 Bibər sousu ilə hazırlanmış sedum bitkisi Gogumasun namul 고구마 순 나물 Qaynadılmış ədviyyəli şirin kartof Gaci namul 가지 나물 Qaynadılmış badımcan Doraci namul 도라지 나물 Qaynadılmış Çin çiçəyi kökü

Bokkım Bokkım sousla qarışdırılmış bir yeməkdir.

Kimçi bokkım- kimçi və donuz ətindən hazırlanır. Çeyuq bokkım – qırmızı bibər pastası, qızardılmış donuz əti və soğandan hazırlanır. Ocingo(kalamar) çebokkım – qırmızı bibər pastası və mulyot(şərbətə bənzər dadı var), sarımsaq ilə qızardılmış kalamar Nakci(osminoq) bokkım- acılı bibər pastasında qızardılmış osminoq

Bosot(göbələk) bokkım- qızardılmış şitake(göbələk növü), şam ağacı göbələyi

Corim Corim- bulyonda bişmiş yeməkdir.

Dubu(tofu)corim- Soya sosu, susam yağı, doğranmış sarımsaq və soğanla birlikdə hazırlanan tofu Cangcorim – soya sousu əlavə edilmiş mal əti bulyonu; istəyə uyğun olaraq bişmiş yumurta və ya bildirçin yumurtası da əlavə edilə bilər.

Cim Cim buxarda bişirilmiş yeməkdir.

Gyeran(yumurta)cim- buxarda bişirilən ədviyyəli yumurta Sengson(balıq)cim- buğlama balıq

Con Con tavada qızardılmış, pancakeə bənzər yemək növü.

Pacon- tavada yaşıl soğanlı omlet Kimçicon- tavada kimçili omlet Gamcacon- tavada kartof omleti Sengsoncon- tavada balıqlı omlet Dongırangteng- tavada tofu, ət və tərəvəzli omlet

Digərləri

Danmuci-qardeniya bitkisindən alınmış təbii sarı rəngdə hazırlanmış turp turşusu Gyeranmari- Rulet formasında kəsilmiş omlet Capçe- Capçe bançan kimi də yeyilən yeməkdir. Şirin sarımsaq sousunda müxtəlif tərəvəz və mal əti ilə hazırlanan şüşə əriştə Alma və yerkökünün də əlavə edildiyi Koreyasayağı kartof saladı

İstinadlar

xarici linklər

Koreya yeməyinə giriş Koreya mətbəxi haqqında Koreya yeməklərinin xüsusiyyətləri

Kateqoriya:Qida mədəniyyəti Kateqoriya:Koreya mətbəxi Kateqoriya:Məzələr Kateqoriya:Servis və yemək