Qradişka (, , )the official web site of the municipality Gradiška/Градишка. — Bosniya və Herseqovinanda yerləşən şəhər. Serb Respublikasına daxil olan eyni adlı icmasının və subregionun inzibati mərkəzidir. Banya Luka bölgəsindən şimalda yerləşir. Qradişka dəniz səviyyəsindən 92 m yüksəklikdə yerləşir. Şəhər Serb Respublikasının ən əhəmiyyətli sərhəd keçidlərindən birinə sahibdir. İcma 762 km² ərazisi olan Liev və Podkozarye ərazisini tutur. Coğrafi cəhətdən Krajinanın şərq bölgəsində yerləşir. Xorvatiyanın Stara Qradiska şəhərinin qarşı tərəfində, Sava çayının sağ sahilində və Banya Lukadan təxminən 40 km şimalda yerləşir.

Qradişkada yuqoslaviyalı partizan olan, Yuqoslaviyanın Xalq Qəhrəmanı Lepa Radiçin təhsil almışdır.

Vaso Çubriloviç bu şəhərdə anadan olub.

Əhalisi 2013-cü il siyahıyaalınmasına görə şəhərin əhalisi 16 106 nəfər, icma əhalisi isə 56 727 nəfər olmuşdur.

1991-ci il siyahıyaalınmasına əsasən, şəhərdə 16 841 nəfər yaşayırdı, bunlardan 42,68% - Bosniya müsəlmanları, 38.60% - serblər, 10.61% - Yuqoslavlar, 4.63% - xorvatlar olmuşdur. Tanınmış şəxsləri Marko Marin - alman futbolçu Zvezdan Misimoviç - bosniyalı futbolçu Vaso Çubriloviç - siyasətçi və tarixçi, Qara Əl təşkilatının üzvü və Avstriya vəliəhdi Frans Ferdinanda qarşı sui-qəsd iştirakçısı. Velko Çubriloviş - Qara Əl təşkilatının üzvü A. Setyabudi - artist Vlado Yaqodiç - keçmiş futbolçu, menecer Vinko Marinoviç – keçmiş serbiyalı futbolçu, menecer Radenko Milak - artist Qoyko Subotiç – akademik və sənət tarixçisi Tatyana Pasaliç - poker aparıcısı Samson Morpurqo - Orta əsrlər İtalyan ravvini, həkim və liturqist Nordin Qerziç - isveçli futbolçu Aloyziye Misiç – Roma katolik yepiskopu Branko Qrahovaç - futboçu Atif Dudakoviç - Bosniya müharibəsi zamanı ordu generalı Nazif Haydaroviç - futbolçu Ratko Varda - basketbolçu Milan Yankoviç - futbolçu Miodraq Latinoviç – keçmiş futbolçu Zlatko Yanyiç - futbolçu Ozren Periç - futbolçu Safet Haliloviç - siyasətçi Oqnen Ojeqoviç - serbiyalı futbolçu, 19 yaşadək olanlar arasında Avropa çempionu

Mənbə Општина Градишка Gradiska.com & GrISP İstinadlar

Kateqoriya:Serb Respublikasının şəhərləri