Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi.
Baş vermiş hadisələr Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu.
İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub.Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 1933, in. 1, i. 12 v.201
XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər.
Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.
Əsassız həbslər, insanların təqibi və şəhərlərin talanması daha sonra ölkə ərazisində onlarla üsyanın baş verməsinə səbəb oldu.
Bundan başqa varlıların əmlakını müsadirə etmək adı ilə evləri talayan qızıl ordulular çox vaxt bahalı restoranlarda içki məclisləri təşkil edir və sərxoş olduqdan sonra da şəhər əhalisinə problem yaradırdılar. Əsgərlərinin nizamsız hərəkətlərinə görə, sərxoş olmaqlarına görə isə XI Qızıl Ordu spirtli içki satanları günahkar görürdü. Belə ki, 23 iyun 1923-cü ildə Bakı şəhər qarnizonunun rəisi Bakı komendantına spirtli içki satan şəxsləri müəyyən etdikdə heç bir məhkəmə və araşdırmasız onların fəhlə-kəndli hökumətinin düşməni elan edib güllələnmələri haqqında əmr verir.
Qızıl ordulu əsgərlərin özbaşınalıqları o həddə çatır ki XI Qızıl Ordunun komandanı Mixail Levandovski 8 iyun 1920-ci ildə verdiyi 269 nömrəli qərarında qızıl ordulu əsgərlərin qarət və soyğunçuluq hadisələrində iştiraklarını təsdiqləyərək onların tez-tez məscidləri və müsəlmanlar üçün müqəddəs olan yerləri dağıtdıqlarını qeyd edir. Onların bu hadisələrdə daha çox ermənilərdən istifadə etdiyini də qeyd edərək insanların bu tip hallara görə onlarla mübarizəyə qalxdıqlarını yazır. Və qızıl ordulu əsgərləri həddindən artıq olan qəddarlıqdan və millətlərdən birinə himayədarlıq etməkdən uzaq durmağa çağırır.
16-23 oktyabr 1920-ci ildə keçirilmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının II Qurultayında Nəriman Nərimanov burjuaziyaya qarşı aparılan ekspropriasiya zamanı yerli qaydaların və müsəlman əhalinin psixologiyasının nəzərə alınmasını təklif edir. O deyir ki ekspropriasiyanı zavodlara, fabriklərə, banklara, teatrlara qarşı aparmaq gərəkdir. Daha kişilərdən onların kostyumlarını, qadınlardan isə onların zinət əşyalarını və hətta bəzi radikal yoldaşlar tərəfindən tələb olunan alt paltarlarını almağa gərək yoxdur.
Şəhərin vəziyyəti Əsgərlərin şəhərdə səkilərdə belə atla gəzməsi səkilərin dağılmasına səbəb olmuşdu. Yalnız 2 ay keçdikdən sonra 6 iyul 1920-ci ildə şəhərdəki qarnizon rəisi atlılara səki ilə getməyi qadağan etdi.
Nəriman Nərimanov Bakıya mayın 16-da gəlir. Bura gələndə onun məqsədi Şərqə nümunə olacaq bir respublika qurmaq idi ancaq, burada "Talan həftəsi"ni, XI ordunun özbaşınalıqlarını, qarət-talanı görərək ilk istefa ərizəsini yazır. Bununla bağlı Nəriman Nərimanov Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" məktubunda yazır:
230px|thumb|left|Nəriman Nərimanov işğalçı XI qırmızı ordunun komandanları Mixail Levandovski və Mixail Yefremov ilə birlikdə. 1920-ci il.
1920-ci il sentyabrın 20-də Azərbaycanın Moskvadakı təmsilçisi Behbud ağa Şahtaxtinskinin Leninə ünvanlandığı məktubda bunlar qeyd olunub:
1921 -ci il fevralın 22-də isə özbaşına axtarışlar keçirilməsinin və ev əmlakının müsadirəsinin qarşısını almaq tədbirləri haqqında N.N.Nərimanovun imzası ilə əmr verildi.
İşğaldan sonrakı günlərdə şəhərdə talan başlamış və bir neçə gün davam etmişdir. Bakılılar davam edən bu talanı «Talan həftəsi» adlandırmışdılar. Soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bər-bəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar.
Yalnız 1920-ci ilin may ayının 1-də Rusiyaya "Buniyad" gəmisi ilə 67.528 pud neft, "Rus" gəmisi ilə isə 76.697 pud mazut göndərilmişdir.
Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərinin “Qızıl imperializm” başlıqlı X bölməsində bolşeviklərin Bakıya girdikdən sonra talan həftəsində banklardan oğurlanan, yağmalanan daş-qaşla, qızıl, gümüş, bəzək şeyləri, nağd puldan, Həştərxana daşınan mal, çeşidli şeylərdən başqa 300 milyon put (4 milyard 800 milyon kilo) neftlə 750 min pud (12 milyon kilo) pambıq, çoxlu ipək apardıqlarını qeyd edib.
1920-ci il 30 apreldən 2 maya qədər Bakıdan Həştərxana ümumilikdə 1.3 milyon pud neft aparan 12 paraxod yola düşüb. Volqa-Xəzər donanması Rusiyaya may ayında 15 milyon pud, iyun ayında 21.2 milyon pud neft və neft məhsulu çatdırıb. Aprel işğalından 1920-ci ilin oktyabr ayının sonuna qədər Azərbaycandan Rusiyaya göndərilən neftin həcmi ümumilikdə 145 milyon pud idi.
Talan həftəsində bir çox ziyalılar, milyonçular, siyasətçi və hərbçilər də güllələnirlər. Murtuza Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Murtuza Muxtarov) küçələrinin tinindəki mənzilinə basqın etmiş iki bolşevikə atəş açmış. Anosov soyadlı əsgəri vurduqdan sonra ikinci güllə ilə də özünü vurur.
30 dekabr 1920-ci ildə Fəhlələrin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə fövqəladə komissiyanın verdiyi hesabata əsasən rəsmi şəkildə şəhər əhalisindən 10 pudu qızıl digər qismi isə gümüş olmaqla ümumilikdə 225 pud qiymətli əşya müsadirə olunub. Bundan başqa əhalidən çoxlu sayda brilyant və qiymətli daşlar eləcə də 4 min xalça da müsadirə edilib.
Hətta Anastas Mikoyan öz xatirələrində Bakıdan gedərkən ona Azərbaycanda partiya Mərkəzi Komitəsi tərəfindən adyal, balışlar və müsadirə olunmuş, qızıldan düzəldilmiş qadın saatının da verildiyini qeyd edib.
1921-ci ilin may ayında baş tutmuş Birinci Ümumazərbaycan fəhlə, kəndli, qızıl əsgər və matros deputatların Qurultayında Nəriman Nərimanov bir çox nümayəndələrin suallarını cavablandırıb. O suallardan birinə belə cavab verib:
Mədəniyyətdə Taxt oyunları serialının yeddinci mövsümün epizodlarından biri 1920-ci ildə Aprel işğalından sonra Azərbaycanda baş vermiş hadisələrdən təsirlənərək təsvir edilib. Bunu "The Independent" qəzetinə verdiyi müsahibədə səhnələr üçün kostyumları hazırlayan britaniyalı dizayner Mişel Klepton qeyd edib. O öz müsahibəsində bunları deyib:
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Bakı tarixi