Rövşən Yerfi (tam adı: Həsənli Rövşən Həsənbaba oğlu) — Azərbaycan nasiri, esseçi, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru.

Həyatı Azərbaycan ədəbiyyatında məhbəs nəsrinin əsas yaradıcılarından biri sayılanRövşən Yerfi — kimdir? , Uraqan.com. Rövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur.T. Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Bakı, 2011, s. 791; 1972–1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında (indiki "Azərpoçt") əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə orduda qulluq etmişdir.

1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991–1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (2017-ci ildən "Tibb qəzeti") ilk məsul katib, "Millət" qəzetində (1993–1994) məsul katib müavini işləmişdir.Rövşən Yerfi , Bioqrafiya.com.

1995–2012-ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim, xüsusi hissə və tərbiyə işləri sahələri üzrə inspektor, böyük inspektor vəzifələrində ədliyyə mayoru rütbəsinədək xidmət etmişdir.

2014–2015-ci illərdə "Hədəf nəşrləri"ndə redaktor fəaliyyəti ilə altmışdan çox kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir. 2015-ci ildən milli arxiv xidməti işçisidir.

1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Fəaliyyəti thumb|V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (28–30 sentyabr 2017-ci il) 1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub.Rövşən Yerfi: "Yaxşı da yazsan, pis də yazsan, demək olar ki, heç kim heç kimin kitabını oxumur, maraqlanmır." , 1905.az. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. Ədəbi orqanlarda isə ilk dərc edilən əsəri "Sel" ("Azərbaycan" jurnalı, 2006) povestidir. Esse yaradıcılığına "Azadlıq eşqi, yoxsa İlahi sevgisi" ("Ulduz" jurnalı, 2007) essesi ilə başlamışdır. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Bakı Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. 2010 və 2012-ci illərdə hekayələri Azadlıq Radiosunun "Ədəbi Azadlıq" müsabiqəsinin "Seçmə hekayələr" siyahısına düşmüşdür. 2024-cü ildə "Məhbəs" 2 cildliyi "Mücrü" nəşriyyatı tərəfindən "İlin nəsr kitabı" elan edilmişdir."İLİN KİTABI" müsabiqəsi – QALİBLƏR AÇIQLANDI , Mücrü ART.

Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi""Qadın düşərgəsi"nin "Günahsız" qatil"i — FOTO , Lent.az., "Residivist", "Qazamat sanitarları", "Ləçər" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri, "Qanunda olmayan dövlət" oçerki, "Penitensiar – tövbə etmək, peşmanlamaq" essesi və doqquz hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir.Rövşən Yerfi haqqında , Rövşən Yerfinin şəxsi bloqu. Məhbəs mövzusunda yazılarının dərci 2003-cü ildə "Avtoritet" qəzetində "Residivist" povestinin hissələri ilə başlamışdır. Bu əsərlərinin toplandığı "Məhbəs" 2 cildliyi – müasir Azərbaycan ədəbiyyatı nəsrində məhbəs mövzusunda kəmiyyət baxımından həcm (560s.) və janr çoxluğu (6 janrda) etibari ilə ən böyüyüdür. Bədii əsərlərindən əlavə onun bu mövzuda ədəbi, publisistik məqalələri də var.

Əsərlərinin ikinci böyük mövzusu – qadın mövzusunda "Müqəssir" romanı, "Günahsız qatil" detektivi, "Sel" povesti, "Çiçək" uzun hekayəsi, səkkiz esse və beş kiçik hekayə yazmışdır. "Lənətə gələnlər", "HİV qasırğası", "Ziyarət", "Baba yurdu" povestləri, "May çiçəyi", "İnsanlıq", "Qeyri-adi "köç" uzun hekayələri, qırx yeddi kiçik hekayəsi, səksəndən çox essesi və otuzadək mənsur şeirləri isə digər müxtəlif mövzuları əhatə edir. "Mənim gündəliklərim" adlı memuarında 1987–1991-ci illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri işıqlandırmışdır.

Yaradıcılığının daha bir nəzərə çarpan hissəsi esse yaradıcılığıdır. Yazdığı doxsandan çox essedə kainat, məkan, dövr və ayrı-ayrı insanlar haqqında ədəbi, etik, ictima-fəlsəfi fikirlərini qələmə almışdır.

Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı kimi "Residivist" (1996) povesti, "Üzdəniraq ada" (2003) romanı, "Ruzi" (2012) hekayəsi ilə başlanan yeni nümunələrlə məhbəs nəsrini zənginləşdirmişdir. Ümumən isə ilk dəfə bu mövzuda pyeslər ("Həbsxana bənövşəsi" (2013), "Sanitarlar" (2017)), kalon-məntəqə haqqında hekayələr (“Yaşılımtıl”, “Kətil əməliyyatı”, “Pulyığma məntəqəsi” (2012-2016)), oçerk ("Qanunda olmayan dövlət" (2012)), esse ("Penitensiar – tövbə etmək, peşmanlamaq" (2022)), qadın həbsxanası haqqında povestlər ("Qadın düşərgəsi" (2006), "Ləçər" (2025)), həbsdəki üzdəniraqlara dair povest ("Qazamat sanitarları" (2013)) və hiv təhlükəsi barədə kiçik povest ("Hiv qasırgası" (2007)) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.

Publisist olaraq yüz əllidən artıq ədəbi və ictimai məzmunlu məqalələrin müəllifidir. Səkkiz kitab redaktorudur. Bədii mətnləri "525-ci qəzet", "Ədalət", "Türküstan", "Kaspi" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter", "Ədəbi ovqat" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 8 topluda çap olunmuşdur. Roman, esse, memuar, pyes, hekayə və povestləri onlarla saytda, o cümlədən, Kitabxana.net, Turuz.com, Litres.ru və Mədəniyyət Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanalarında, ümumilikdə 21 adda elektron kitabları yayımlanır.

YouTube kanallarında 21 əsəri: "Müqəssir", "Günahsız qatil" romanları, "Lənətə gələnlər", "Residivist", "Ziyarət", "Sel", "Hiv qasırğası" povestləri, "Rekviyem", "Axır nəfəs", "Qeyri-adi "köç", "Şəhidlik zirvəsi" hekayələri və "Qubalı qız"lar", "Qubanın ağ alması", "Yerfi silsiləsi", "Yerfi xalçaları", "Şirvan şikəstəsi", "Salam olsun, Yerfim", "Adi ruh", "Həyat", "Bacarmadım, qaytar ruhumu geri", "Bu an..." kiçik esseləri səsləndirilmişdir.

Kitabları "Üzdəniraq ada" Bakı, Şirvannəşr, 2004, 260 səh. "Qadın düşərgəsi. Sel" Bakı, Kitab Klubu, 2008, 152 səh. "Residivist" Bakı, Kitab Klubu, 2009, 224 səh. "Qadın düşərgəsi" Bakı, Kitab Klubu, 2010, 152 səh. "Günahsız qatil" Bakı, Qanun, 2010, 140 səh. "Üzdəniraq ada" Bakı, Kitab Klubu, 2012 (təkrar nəşr), 184 səh.Türmədə işləmiş yazıçının müşahidələri yeni romanda , Oxu zalı. "Penitensiar lövhələr" Bakı, Zero, 2013, 96 səh. "Lənətə gələnlər" Bakı, Kitab Klubu, 2014, 150 səh. "Şanssız" Bakı, Xan, 2014, 120 səh.Rövşən Yerfidən yeni kitab , Oxu zalı. "Qazamat sanitarları" Bakı, Zero, 2015, 126 səh. "Müqəssir" Bakı, Elm və Təhsil, 2017, 108 səh. "Yerfi silsiləsi" Bakı, Kitab Klubu, 2018, 120 səh.Rövşən Yerfinin "Yerfi silsiləsi" adlı yeni kitabı çap olunub , Ədəbiyyat qazeti. "Həyat etüdləri" Bakı, Mücrü, 2020, 106 səh. "Qanadı sınmış mələklər" Bakı, Mücrü, 2020, 236 səh. "Məhbəs" Bakı, Mücrü, 2022, 312 səh. "Məhbəs" (ikinci kitab) Bakı, Mücrü, 2023, 248 səh. "Çiçək" Bakı, Mücrü, 2024, 88 səh. "Ləçər" Bakı, Mücrü, 2026, 76 səh.Rövşən Yerfinin yeni romanı: "Ləçər" (FOTO) , Qaynarinfo.

Yalnız PDF versiyası olan kitablar Bu kitablar sadəcə PDF formatında işıq üzü görüb: "40 hekayə" Bakı, 2022, 213 səh. "Mənim gündəliklərim" Bakı, 2022, 75 səh. "Məhbəs pyesləri" Bakı, 2022, 82 səh. "Baba yurdu" Bakı, 2022, 50 səh. "Rafiq Tağı müasirimizdir" Bakı, 2025, 51 səh.

İstinadlar

Həmçinin bax Üzdəniraq ada Qadın düşərgəsi Lənətə gələnlər Residivist

Xarici keçidlər Rövşən Yerfinin Facebook profili Rövşən Yerfinin şəxsi bloqu Rövşən Yerfi. Nəsr (Azadlıq Radiosu) "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir" Doğum günün mübarək, Cənab Mayor! Rövşən Yerfi: "Son 10 ildə özümü yazıçı hesab edirəm" Rövşən Yerfi: "Qadınlar ən çox qayğısızlıqdan məhbəsə düşürlər" (Kulis.az saytında canlı yayım) Yazıçı Rövşən Yerfinin "Müqəssir" əsərinin müzakirəsi "QARŞINIZA ÇIXARSA, ALIN OXUYUN" — Fazil Mustafa Həbsxanada işləmiş yazıçı: "Məhkum mənə dedi ki…" – Müsahibə

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Quba rayonunda doğulanlar