Wolt — Finlandiyanın qida və malların çatdırılması platforması ilə tanınan texnologiya şirkəti. Wolt-un proqramlarında (iOS və Android) və ya veb-saytında müştərilər platformanın restoranından və ticarət tərəfdaşlarından ərzaq və məişət əşyaları sifariş edə, sifarişlərini götürə, ya da platformanın kuryerləri tərəfindən məhsulun çatdırılmasını təmin edə bilərlər. Wolt həmçinin Wolt Market adlı öz ərzaq mağazalar şəbəkəsini idarə edir. Şirkətin baş ofisi Helsinkidə yerləşir.
2022-ci ilin may ayında Wolt Amerikan texnologiya şirkəti DoorDash tərəfindən satın alınıb. DoorDash bu gün 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendi ilədir.
Tarixçə Wolt 2014-cü ildə Slush-un keçmiş baş direktoru Miki Kuusi də daxil olmaqla 6 nəfər tərəfindən təsis edilib. Kuusi, DoorDash-ın Wolt-u satın almasından sonra DoorDash-ın ABŞ-dən kənardakı biznesinə cavabdehdir.
Wolt Financial Times tərəfindən nəşr olunan "FT:1000 Avropanın Ən Sürətli İnkişaf edən Şirkətləri 2020" siyahısında ikinci yeri tutub.
Wolt DoorDash tərəfindən satın alınmamışdan əvvəl ICONIQ Capital, Highland Europe, 83North, EQT Ventures, Tiger Global, DST Global, Prosus, KKR, Coatue, Inventure, Lifeline Ventures, Supercell təsisçisi və CEO-su İlkka Panen, Nokia sədri Risto Siilasmaa və digərləri daxil olmaqla investorlardan 856 milyon dollar vəsait toplayıb.
2021-ci ilin noyabrında Wolt-un səhm mübadiləsi yolu ilə DoorDash-a birləşdirildiyi elan edildi və Wolt səhmdarlarına 8,1 milyard ABŞ dolları dəyərində sövdələşmə üçün DoorDash-da kiçik bir pay verildi. 31 may 2022-ci ildə satınalma tamamlandı.
2023-cü ilin may ayına olan məlumata görə, Wolt Helsinki, Tokio, Təl-Əviv və Berlin daxil olmaqla 25 ölkədə və 300-dən çox şəhərdə fəaliyyət göstərir. Wolt-un 70.000-dən çox ticarət tərəfdaşı, 150.000 kuryer tərəfdaşı və 20 milyon qeydiyyatdan keçmiş müştərisi var. Wolt-un 25 ölkədə yerləşən ofislərində 7000-dən çox işçisi var.
Xronologiya 2014: Wolt Finlandiyanın Helsinki şəhərində quruldu. 2015: Wolt ilk olaraq Helsinkidə xidmətə başladı. 2016: Wolt platformaya çatdırılma xidmətini əlavə etdi və İsveç və Estoniyada xidmətə başladı. Wolt, Starship Technologies ilə birlikdə Tallində özünü idarəetmə robotları üzərində təcrübə apardı. 2017: Wolt Danimarka, Latviya və Litvada xidmətə başladı. 2018: Wolt Xorvatiya, Çexiya, Norveç, Macarıstan, Gürcüstan, İsrail və Polşada xidmətə başladı. 2019: Wolt Serbiya, Yunanıstan, Azərbaycan və Slovakiyada xidmətə başladı.
Azərbaycanda Wolt Bakıda 23 çox populyar restoran ilə işə start verir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir. Bununla yanaşı, Wolt şirkəti azərbaycanlılara özəl olaraq xüsusi endirim kuponları da təqdim etmişdir. Wolt kuryer partnyorları ərazidən asılı olaraq yeməkləri velosiped, motosiklet və avtomobil ilə çatdırır. İlkin çatdırılma ərazisi şəhər mərkəzini, Nəsimi, Yasamal və Nərimanov rayonlarını və Xətai metrosunun ətrafını əhatə edir, lakin qısa zamanda şəhərin başqa əraziləri üzrə də çatdırılma imkanları genişləndiriləcək.
Bununla yanaşı, platformanın Azərbaycanda xidmət verməsi digər şirkət qolları vəzifəliləri tərəfindən də müsbət qarşılanmışdır. Şirkətin Gürcüstanda baş meneceri Nataliya Kizanaşvili bildirmişdir:
İstinadlar
Həmçinin bax
Bolt Food Uber Eats
Xarici keçidlər
Kateqoriya:Finlandiya şirkətləri Kateqoriya:2014-cü ildə yaranan saytlar