Amerikan evdar qadın () — 11 oktyabr 2016-cı ildə ABC telekanalında yayımlanan amerikan sitkom. Əsas personaj özünə güvənən lakin artıq çəkisi olan Konnektikutun Uestport şəhərinin varlı məhəlləsində ideal arvadlarının lağı ilə qarşılaşan üç uşaq anası Keti Ottodur. 11 may 2017-ci ildə ABC seriyanı ikinci bir mövsüm üçün uzatdı. 11 may 2018-ci ildə serial üçüncü mövsüm üçün uzadıldı. Mayın 10-da ABC televiziya seriyasını dördüncü mövsüm üçün uzatdı.

4-cü mövsümün premyerası 28 sentyabr 2019-a planlaşdırılır. Tarixçə 18 sentyabr 2015-ci ildə ABC-nin Sara Denn tərəfindən yazılmış pilot epizod ssenarisinin satın aldığı elan edildi. Bundan sonra layihə "Uestportun ən gombul 2-ci qadını" adlandırıldı. 28 yanvar 2016-cı ildə kanal 2016-17 mövsümü üçün pilot epizodunun çəkilişini bildirdi. Çəkilişlər Ruben Fleyşer tərəfindən idarə edilmişdir.

Mərkəzi rolların kastinqi 2016-cı ilin fevralında başladı. Fevralın 17-də Keti Miksonun pilotda aparıcı rol oynayacağı elan edildi. Martın 1-də Broaduey aktrisası Kerli Huycs, hazırda boşanmaqda olan varlı evdar qadınlardan biri rolunu qazandı. Martın 4-də Didriç Beyder, Katinin əri olaraq pilot layihədə öz rolunu aldı.

12 may 2016-cı ildə kanal pilot mövsümü təsdiqlədi və ilk mövsümün istehsalına yaşıl işıq verdi. Aktyorlar Keti Mikson — Keti Otto Didrix Bader — Qreq Otto Meq Donnelli — Teylor Otto Daniel Dimaqciyo — Oliver Otto Culiya Batterz — Anna-ket Otto Karli Hyuz — Ancela Eli Bonq — Doris Mövsümlər SezonEpizodlarYayımlanma tarixiReytinqPremyeraFinalSıralamaABŞ izləyici sayı12311 otkyabr 201616 may 201722427 sentyabr 201716 may 201832326 sentyabr 201821 may 2019875,1042127 sentyabr 2019 İstinadlar

Həmçinin bax Rəsmi veb-səhifə

Kateqoriya:American Broadcasting Company şəbəkəsi şouları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Ailələr haqqında teleseriallar Kateqoriya:ABC Studios teleserialları Kateqoriya:ABŞ teleserialları Kateqoriya:2016-cı ilin teleserialları