Arvidas Yuozaytis (; ) — məşhur Litva yazıçısı, siyasətçisi və filosofu. Siyasi karyerasından əvvəl SSRİ üzgüçülük yığmasının üzvü idi, Olimpiya bürünc mükafatçısıdır.

Karyerası Monreal Olimpiadasında Arvidas, 100 metr məsafəlik brass yarışlarında britaniyalı David Vilki və amerikalı Con Henkenə məğlub olaraq bürünc medal qazandı.Олимпийские игры 21 Олимпиады // Большая олимпийская энциклопедия: В 2 т. / Автор-составитель В. Л. Штейнбах. — М.: Олимпия Пресс, 2006. 200 metr məsafədə 6-cı oldu və 4 × 100 metr məsafəli kombinasiya estafetində 5-ci yeri tutdu.

İdmançı karyerasını bitirdikdən sonra Arvidas 1980-ci ildə Vilnüs Universitetini bitirdi. 1986-cı ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Daha sonra alma-materində ekzistensializm fəlsəfəsi üzrə dərslər deyirdi. Litva SSR Elmlər Akademiyasında böyük elmi işçi idi.

1988-1990-cı illərdə Litva SSR-nin SSRİ-dən çıxması prosesinə rəhbərlik edən Sayudis hərəkatının qurucuları və liderlərindən biridir. 2004-2009-cu illərdə Kalininqradda yerləşən Litva Baş Konsulluğunun mədəniyyət attaşesi kimi çalışmışdır. 2009-2012-ci illərdə Riqada yaşamışdır. Hal hazırda Litva Olimpiya Komitəsinin vitse-prezidentidir.

İstinadlar

Xarici keçidlər Arvidas Yuozaytis — Sports-Reference.com saytında Olimpiya statistikası Арвидас Юозайтис: "Я выиграл олимпийскую медаль, чтобы вырваться из плена"

Kateqoriya:SSRİ üzgüçüləri Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:Litva yazıçıları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Litva filosofları Kateqoriya:1976 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib SSRİ idmançıları Kateqoriya:Vilnüs siyasətçiləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları