thumb|300px|XX əsrin əvvələrinə kimi Qərbi ermənicənin danışıldığı regionlar.
Qərbi ermənicə, Türkiyə ermənicəsi və ya İstanbul ermənicəsi () — hind-Avropa dili olan iki müasir erməni ləhcəsindən biridir. 1915-ci ilə qədər bütün Mərkəzi, Şərq və Cənub-Şərqi Anadolu Regionlarında danışılırdı. 1915–1917-ci illərdə Erməni deportasiyası və xarici ölkələrə mühacirət səbəbi ilə hazırda əsasən erməni diasporu tərəfindən danışılır. Türkiyədəki və İstanbuldakı ermənilərin cüzi bir hissəsi bu dildə danışır. Türkiyədə erməni dili (Qərbi erməni ləhcəsi) müasir erməni cəmiyyətində yalnız kiçik bir azlıq tərəfindən danışılır. Əsas dil olaraq türk dilinin erməni dilinin yerini almasına görə Türkiyədə erməni dili məhv olma prosesinə daxil olmuş və YUNESKO tərəfindən Türkiyədə erməni dili dünya illik "Atlas of the World's Languages in Danger" Atlasına (Təhlükədə olan Dünya Dilləri Atlası) əlavə edilmiş və burada Qərbi Erməni ləhcəsini "definitely endangered language" ("mütləq nəsli kəsilməkdə olan bir dil") kimi xarakterizə etmişdir.UNESCO: 15 Languages Endangered in Turkey, by T. Korkut, 2009 https://web.archive.org/web/20090331051956/http://www.bianet.org/english/kategori/english/112728/unesco-15-languages-endangered-in-turkey
Erməni diasporundan olan bəzi danışanların Ermənistana və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionuna köçürülməsinə görə də burada bir az danışılır; lakin Şərqi ermənicə Ermənistanda daha çox yayılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Arak29 Eastern Armenian Arak29 Western Armenian Arak29 A Course in Modern Western Armenia Arak29 On-Line Dictionaries Arak29 Etymology Videos of people speaking Armenian
Qərbi Erməni dili Online Lüğətlər Nayiri.com (Erməni dilində lüğətlər kitabxanası): Բառգիրք հայերէն լեզուի Revdən. Antraniq Qranyan (təxminən 18.000 termin; 1998-ci ildə Beyrutda nəşr olunmuşdur). Tələbələr üçün mükəmməl bir lüğət. ՀԱՅՈՑ ԼԵԶՈՒԻ ՆՈՐ ԲԱՌԱՐԱՆ 1992-ci ildə Beyrutda iki cilddə nəşr olunmuşdur (təxminən 56.000 əsas söz). Bu lüğət hazırda mübahisəsiz olaraq mövcud olan ən yaxşı Qərbi erməni dilində lüğətdir. ՀԱՅԵՐԷՆ ԲԱՑԱՏՐԱԿԱՆ ԲԱՌԱՐԱՆ Stepan Malxasiants tərəfindən nəşr olunmuşdur (təxminən 130.000 qeyd). Qəti olaraq erməni dilinin ən yaxşı lüğətlərindən biridir. (Təriflər Şərqi erməni dilindədir, lakin bütün sözlərin Qərbi erməni dilindəki mənaları qeyd edilmişdir.) ՀԱՅԵՐԷՆ ԱՐՄԱՏԱԿԱՆ ԲԱՌԱՐԱՆ Hraçya Açaryan tərəfindən nəşr olunmuşdur. (5062 söz kökü). Erməni dilindəki sözlərin köklərinin tarixi və mənşəyinin tədqiq edildiyi ən yaxşı əsərdir. Bundan başqa müasir dövrdə istifadə edilən hər bir söz kökünün izahatları da qeyd edilmişdir. (İzahlar Şərqi erməni dilində verilmişdir, lakin söz kökləri Qərbi erməni dili də daxil olmaqla bütün erməni dillərində əhatə edir.) Erməni-ingilis dilində lüğət (təxminən 70,000 qeyd). İngilis-erməni dilində lüğət (təxminən 96,000 qeyd). Erməni-fransız dilində lüğət (təxminən 18,000 qeyd). Fransız-erməni dilində lüğət (təxminən 20,000 qeyd).
Kateqoriya:Erməni dilləri Kateqoriya:Fransa dilləri Kateqoriya:Kanada dilləri Kateqoriya:Yunanıstan dilləri Kateqoriya:Kipr dilləri Kateqoriya:İraq dilləri Kateqoriya:Livan dilləri Kateqoriya:Suriya dilləri Kateqoriya:Türkiyə dilləri