Castin A. Makkarti () — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür.MacDonald, David B. Identity Politics in the Age of Genocide: the Holocaust and Historical Representation. London: Routledge, 2008, p. 121. Justin McCarthy . Home page of another academic with whom he served in the Peace Corps.
Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir.Auron, Yair. The Banality of Denial: Israel and the Armenian Genocide. New Brunswick, N. J.: Transaction Publishers, 2003, p. 248.Charny, Israel W. Encyclopedia of Genocide, Vol. 2. Santa Barbara, California: ABC-CLIO, 1999, p. 163.Dadrian, Vahakn N. "Ottoman Archives and the Armenian Genocide" in The Armenian Genocide: History, Politics, Ethics. Richard G. Hovannisian (ed.) New York: Palgrave MacMillan, 1992, p. 284.Hovannisian, Richard G. "Denial of the Armenian Genocide in Comparison with Holocaust Denial" in Remembrance and Denial: The Case of the Armenian Genocide. Richard G. Hovannisian (ed.) Detroit: Wayne State University Press, 1999, p. 210.
Arxa plan Makkarti 1967–1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir.Mustafa Aydin, Çağrı Erhan (2004) Turkish-American Relations: Past, Present, and Future O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır..Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians. Oxford: Oxford University Press, 2005, p. 214. O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür.
Tədqiqatları
Osmanlı imperiyası barədə Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə. Osmanlı türkcəsini oxuya bilən Makkarti yerli əhalinin etnik kompozisiyasının dəyişikliklərinə fokuslanmışdır. Makkartinin elmi tənqidçiləri də onun müsəlman mülki itkilər və qaçqın sayıları (XIX və XX əsrin əvvəlləri) barədə araşdırmalarının daha əvvəllər xristian qərbdə gözardı edilən səyərli baxış tərzi gətirdiyini qəbul edir: milyonlarca müsəlman və yəhudi bu illərdə acı çəkmiş və ölmüşdür. Donald Bleçer Makkartinin türkpərəst olmasını bildiyinə baxmayaraq, yenə də qeyd edir ki, "Ölüm və Sürgün" kitabı qərbin bütün qurbanların xristian və bütün qatillərin müsəlman olması modelinə meydan oxuyan "əhəmiyyətli islahedici"dir.
Makkartinin hazırkı konsentrasiyası Birinci Dünya müharibəsində şərqdə Osmanlının məğlubiyyətinə səbəb olan amillər üzərində qurulub. Ona görə, hadisələrin dönüm nöqtəsi Sarıqamış döyüşü və onun "erməni üsyanı" adlandırdığı Vandakı hadisələrdir. Norman Stoun Makkartinin Osmanlı türkləri əsərini öyərək "iqtisadi baxımdan daralmayan, cəsur elmi cəhddir" demişdi. Oxşar olaraq, "Osmanlı xalqları" və "İmperiyanın sonu" da "The History Teacher" tərəfindən tövsiyə edilmişdir.
Makkarti XIX əsrin əvvəlindən 1922-ci ilə qədər bəzi missionerlər tərəfindən yayılan türklük əleyhinə önyarğılara fokuslanaraq, xüsusilə Amerikada ("Amerikada türk" əsəri ilə) Osmanlı türklərinin imici üzərində çalışmışdır.
"Erməni soyqırımı" Makkartı 1915–1923-cü illər dövründəki qırğınlar zamanı bir milyon erməninin ölməsi ilə razılaşır, lakin o, eyni zamanda iddia edir ki, həmin dövrdə regionda müsəlmanlara qarşı "erməni üsyançıların və yaraqlıların əli" ilə edilmiş qırğınlar zamanı milyonlarla müsəlman da həyatını itirmişdir. O, iddia edir ki, Birinci Dünya müharibəsi zamanı baş verən ölümlərin səbəbi türklər, kürdlər və ermənilər arasında baş verən icmalar arası toqquşmanın, aclığın və xəstəliyin nəticəsidir və Osmanlı imperiyasının soyqırım həyata keçirmək niyyəti və ya siyasəti olmamışdır. Makkarti Osmanlının kitab, məqalə, konfrans və reportajlar vasitəsiylə rəsmi dövlət soyqırımı siyasətinə heç vaxt sahib olmadığı yönündəki çalışmalarının və analizlərinin nəticələrini yayımlama məsələsində aktiv olmuşdur. Bu onu tarixçilərin və təşkilatçıların tənqidinin hədəfinə çevirmişdir. O, 2006-cı ildə PBS tərəfindən keçirilən Erməni soyqırımı barədə mübahisəli debatda iştirak edən 4 tarixçidən biridir. Aviel Roşvald bu hadisələrin Makkarti versiyasını "türkpərəst" olaraq ifadə etmişdi.Roshwald, Aviel, Ethnic nationalism & the fall of Empires: Central Europe, Russia and the Middle East, 1914–1923, Routledge, 2001, p. 91.
Maykl M. Gunter Castin Makkartini müsəlmanlar və azlıqlar adından xüsusi qeyd edir:
Castin Makkarti Anadolu əhalisinin, xüsusən ermənilərin demoqrafiyası barədə apardığı işlər həmçinin, Collège de Francenin Osmanlı tarixi üzrə professoru Gilles Veynşteyn tərəfindən də tövsiyə edilmişdir. Həm Gunter, həm də Veinşteyn erməni soyqırımı ilə bağlı inkarçı mövqe tutmaqda ittiham olunurlar.Joseph A. Kéchichian A Response to Michael Gunter's Review of "The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide. International Journal of Middle East Studies, Vol. 39, No. 3 (Aug., 2007), pp. 509–512
Qiymətləndirmə Makkartinin işləri mübahisəlidir. Amerikan Tarix İcmalında Makkartinin "Ölüm və sürgün: Osmanlı müsəlmanlarının etnik təmizlənməsi (1821–1922)" (1996) barədə yazılmışdır:
Beynəlxalq Orta Şərq Araşdırmaları Jurnalı eyni kitab barədə deyirdi:
Makkartinin işi kitab rəyçiləri və bir sıra soyqırım alimlərinin tənqidinə məruz qalmışdır. İsrail tarixçisi Yair Auronun sözlərinə görə, Makkarti, "Lyuisin Princetonda varisi olan Heath Loury ilə birlikdə, erməni Soyqırımını inkar edənlərin siyahısına başçılıq edir".Yair Auron The Banality of Denial: Israel and the Armenian Genocide. New Brunswick, N. J.: Transaction Publishers, 2003, p. 248.Israel W. CharnyEncyclopedia of Genocide, Vol. 2. Santa Barbara, California: ABC-CLIO, 1999, p. 163Vahakn Dadrian. "Ottoman Archives and the Armenian Genocide" in The Armenian Genocide: History, Politics, Ethics. Richard G. Hovannisian (ed.) New York: Palgrave MacMillan, 1992, p. 284
Mükafatları Amerikan Türk Assambleyası Assosiasiyası tərəfindən "Şükrü Ələkdağ" mükafatı Amerikan Türk Dostluq Şurası tərəfindən "Təhsil" mükafatı Türkiyə Respublikası "Ləyaqət" nişanı (1998)
Əsərləri
Həmçinin bax
İstinadlar
Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Ermənifobiya Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:Orta Şərq Texniki Universitetinin müəllimləri