İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (, ) — Maltanın paytaxtı Vallettada yerləşən Roma-Katolik kilsəsi.Kilsə, Malta İtalyan icmasının kilsəsi olaraq xidmət edir "St Catherine of Alexandria" . Retrieved on 23 October 2014. Beləliklə bura daha çox İtaliyanın Müqəddəs Katerina kilsəsi () kimi tanınır.

Tarixi Kilsə 1576-cı ildə Müqəddəs Conun İtalyan cəngavərləri tərəfindən kilsə olaraq xidmət etmək üçün inşa edilmişdir. Auberge d'Italie -ə bitişik şəkildə inşa edilmişdir. Planların tərtib edilməsi Qirolamo Kassara tapşırıldı. Kilsə 17-ci əsrdə genişləndirildi."ST. CATHERINE OF ITALY CHURCH, VALLETTA " . Retrieved on 23 October 2014. Mövcud kilsəyə səkkizguşəli bir kilsə daha əlavə edildi. Orijinal kilsə yeni kilsənin ziyarətgahına çevrildi. Kilsə 2001-ci ildən 2011-ci ilə qədər böyük bir yeniləmə keçirdi. Bu gün kilsə yenə də Maltadakı italyan icmasının kilsəsi olaraq xidmət edir."Restoration of St Catherine of Italy Church in final phase" , Times of Malta, Malta, 17 March 2011. Retrieved on 23 October 2014.

Kilsə binası Malta Adalarının Mədəni Mülkiyyətinin Milli İnventarizasiyası siyahısında yerləşir.

İncəsənət Kilsənin girişindəki şəkil Mattia Preti tərəfindən çəkilmişdir. Bu şəkil İsgəndəriyyəli Müqəddəs Katerinanın şəhidliyini təsvir edir. Preti rəsmini Maltaya gəldikdən sonra kilsəyə bağışlamışdı. Kilsənin günbəzini də Preti boyamışdır. O burada boz və qızılı rəngli ləkəli bəzək və naxış nümunələrini təsvir etmişdir."Church of St Catherine of Alexandria" . Retrieved on 23 October 2014.

Həmçinin bax

Malta tarixi

İstinadlar

Kateqoriya:Malta tikililəri Kateqoriya:Avropa kilsələri Kateqoriya:XVI əsrə aid kilsələr