Banya Luka yeparxiyası () — Bosniyanın şimal-qərbində yerləşən Serb Pravoslav Kilsəsinin yeparxiyası.

Tarixi 1900-cü ildə Banya Luka Bixaç yeparxiyası, Dabro-Bosniya Mitropoliyasından ayrılaraq Konstantinopol Pravoslav Kilsəsinin bir hissəsi olaraq quruldu. Yeparxiyanın ərazisində 200-dən çox kilsə və ibadətgah var idi.

1925-ci ildə Banya Luka Bixaç yeparxiyası iki hissəyə bölündü, Banya Luka yeparxiyası və Bixaç yeparxiyası. İkinci Dünya müharibəsi ərəfəsində yeparxiyada 167 ibadətgah, 103 kilsə icması, 102 prixod və 2 fəaliyyət göstərən monastır (Qomionitsa və Moştanitsa) vardı. Pravoslav camaatı 424.075 nəfər idi. thumb|Banya Luka yeparxiyasının idarəsi 1940-cı ildə Yuqoslaviyanın alman qoşunları tərəfindən işğalından sonra, yeparxiya 12 aprel 1941-ci ildə yaradılan Müstəqil Xorvatiya Dövlətinin ərazisində qaldı və burada Serbiya kilsəsi şiddətli təqibə məruz qalırdı. İkinci Dünya müharibəsi illərində 64 pravoslav kilsəsi, 1 monastır və 34 prixod evi dağıdılmışdır, 94 kilsə arxivi məhv edilmişdir, 21 kilsə və 3 monastır ciddi ziyan görmüşdür. 1945-ci ildə Serb Pravoslav Kilsəsinin Arxierey Sinoduna görə, yeparxiyada 100 mindən çox pravoslav serb və 14 keşiş qətlə yetirilmişdir.

1948-ci ildə Müqəddəs Arxierey Baş Kilsəsinin qərarı ilə yeparxiyanın tərkibinə bir neçə rayonu əlavə olundu, hansılar ki əvvəllər Qornokarlovats yeparxiyasının bir hissəsi idilər.

1991-1995-ci illərin hərbi əməliyyatları nəticəsində yeparxiyada 2 pravoslav kilsəsi dağıdıldı, 3-ü zərər gördü, 2 prixod evi yandırıldı.

Yeparxiyanın ruhi mərkəzi Qomionitsa, Moştanitsa və Liple monastırlarıdır.

Monastırları Fəaliyyət göstərən

Qomionitsa Krupa na Vrbase Liple Moştanitsa Stuple Osovitsa (Motaitsa yaxınlığında, Kobaşami və Prnyavor arasında)

Dağıdılmış

Curcevats (Priedor yaxınlığında) Miloşevats (Priedor yaxınlığında) Karanovats (Qradişka yaxınlığında)

Yepiskoplar

Yevgeni (Letitsa) (5 noyabr 1900 — 27 dekabr 1907) Vasili Popoviç (28 sentyabr 1908 — 11 noyabr 1938) Platon (Yovanoviç) (8 dekabr 1939 — 5 may 1941) Vasili (Kostiç) (20 may 1947 — 20 may 1961) Andrey (Fruşiç) (20 may 1961 — 19 may 1980) Yefrem (Milutinoviç) (19 may 1980-ci ildən)

Xarici keçidlər

БАНЯ-ЛУКСКАЯ ЕПАРХИЯ // Pravoslav Ensiklopediyası. — Moskva. : Церковно-научный центр «Православная энциклопедия», 2002. — Т. IV. — С. 307-308. — 752 с. — 39 000 экз. — ISBN 5-89572-009-9.

Kateqoriya:Banya Luka yeparxiyası Kateqoriya:Serb Pravoslav Kilsəsinin yeparxiyaları Kateqoriya:1900-cü ildə yarananlar