Qasımov Qubad Abdulla oğlu () — musiqişünas, tarix elmləri namizədi (1949), Azərbaycanın Əməkdar mədəniyyət xadimi (1968), Üzeyir bəy Hacıbəyovun bacanağı.

Həyatı Qubad Qasımov 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərində almışdı. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1940–1944-cü illərdə ADK-da musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944–1945-ci illərdə SSRİ EA Azərbaycan filialının incəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləmiş, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatr və musiqi şöbəsinin müdiri, baş elmi işçi olmuşdu. Üzeyir bəy Hacıbəyovun ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların — "Ü. Hacıbəyov" monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), "Ü. Hacıbəyov. Biblioqrafiya" (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən "Ü. Hacıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəyovun ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidməti var.

Qubad Qasımov 1993-cü ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Azərbaycanlı musiqişünaslar Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri