Semka Sokoloviç-Bertok (; ) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır.Who is who among Bosniacs. Council of the Congress of Bosniac Intelectuals, 2001. — P. 80 Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir.

Həyatı Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi.

Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi. Zaqreb teatrındakı işindən əlavə, çoxsaylı film rollarında oynayırdı. Onun U mreži adlı debüt filmi 1956-cı ildə işıq üzünü gördü. Bundan əlavə, 1967-ci il Kineski zid (Maks Frişinin "Çin divarı" pyesinin ekranlaşdırılması) telefilmində rol almışdır. Ayrıca "Şüşə kuklaların qısa gecəsi" (1971, rejissor Aldo Lado) filmində epizodik rolda oynamışdır. Roko i Cicibela (1978, rejissor Stipe Deliç) telefilmində əsas qadın rolunu canlandırmışdır. Sokoloviç-Bertok eyni zamanda "Ustalar! Ustalar!" (1980, rejissor Qoran Markoviç) satirik filmində çəkilmişdir. Son filmi Traktor, ljubezen in Rock’n’Roll (2008, rejissor Branko Duriç) oldu.

2008-ci ilin mart ayında Sokoloviçin oğlu Mario Bertok onun insultdan sonra daxili qanaxmadan öldüyünü elan etdi. Miroqoy qəbirstanlığında dəfn olunmuşdur.Semka Sokolović-Bertok umrla od moždanog udara // 24sata.hr

İstinadlar

Ədəbiyyat

Bertok-Sokolović, Semka // Tko je tko u Hrvatskoj, 1993

Xarici keçidlər

Kateqoriya:Yuqoslaviya aktrisaları Kateqoriya:Bosniya və Herseqovina aktrisaları Kateqoriya:Bosniya və Herseqovina şahmatçıları Kateqoriya:Yuqoslaviya şahmatçıları