Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; ) — həkim, terapevt. Tibb elmlər doktoru, professor

Həyatı Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub.

Təhsili 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

Fəaliyyəti

Elmi fəaliyyəti 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir.

Ölümü 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Mənbə

İstinadlar Kateqoriya:Tibb elmləri doktorları