Aleksandr Mixayloviç Qorçakov (; ) – rus dövlət xadimi, diplomat, imperator II Aleksandrın ən mühüm silahdaşlarından biri. Rusiyanın xarici işlər naziri (1856–1882), Rusiya imperiyasının sonuncu kansleri (1867-ci ildən), Peterburq Elmlər Akademiyasının (1856-cı ildən) və Moskva Universitetinin (1867-ci ildən) fəxri üzvü.

Qorçakovun adı rus diplomatiya tarixinə qızıl hərflərlə yazılmışdır.

Həyatı Aleksandr Qorçakov 4 iyun 1798-ci ildə Haapsaluda hərbçi ailəsində anadan olmuşdur. Onun atası general-mayor Mixail Alekseyeviç Qorçakov işi ilə əlaqədar olaraq tez-tez müxtəlif şəhərlərə gedirdi. Ona görə də ailəsi gah Haapsalu, gah Revel, gah da Peterburqda yaşamalı olurdu. Anası Elena Vasilyevna Ferzen uşaqların tərbiyəsi ilə məşğul olurdu. Onların 5 övladı var idi;4 qız, 1 oğlan Qorçakov ilk təhsilini evdə almış, daha sonra Peterburqda gimnaziyanı bitirmişdir. 1811-ci ildə o qəbul imtahanlarından uğurla keçmiş və Çar-kənd məktəbinə daxil olmuşdur. Burada o Puşkinlə eyni sinifdə oxumuşdur. Hələ o zaman Puşkin ona bir şeir həsr etmişdir. Litseydə Qorçakov "Frant" ləqəbini qazandı. Burada 6 il oxuduqdan sonra o litseyi qızıl medalla bitirdi və elmin bütün sahələrini mükəmməl öyrəndi. 19 yaşlı gənc knyaz diplomatik fəaliyyətə Xarici İşlər Nazirliyinin Dəftərxanasında başlayır və fəxri adlar üzrə müşavir vəzifəsində çalışır. Onun ilk müəllimi və hamisi Şərq və yunan məsələləri üzrə stats-katib qraf Kapodistriya olmuşdu. Qorçakov onunla Müqəddəs İttifaqın Troppau, Laybax və Veronadakı konqreslərində eyni nümayəndə heyətinin tərkibində olmuşdur. Hamisi ilə münasibətləri yaxşı olsa da, Qərbi Avropa məsələləri ilə məşğul olan stats-katib Nesselrodla onun münasibətləri yaxşı deyildi. Nesselrod ona işdə maneçilik törədirdi. 1819-cu ilin sonunda Qorçakov kamer-yunker rütbəsini aldı və tezliklə çoxdan arzu etdiyi Londondakı rus səfirliyinə katib təyin olundu. XİN-də xidmətə başladiği ilk dövrlərdə Qorçakov diplomatik mədəniyyətin incəliklərini dərindən öyrəndi. Londona təyinat alandan sonra o tezliklə karyerası ilə məşğul olmağa başladı. 1820-ci ildə o səfirlikdə katib,1822-ci ildə 1 katib, 1824-cü ildə isə səfarət müşaviri olur. 1827-ci ilədək Londonda qalan Qorçakov xəstəlik səbəbi ilə oranı tərk edir. Onun vəzifəsi Londondakından nisbətən az prestijli olan Romada səfirlikdə 1 katib vəzifəsi ilə əvəz olunur. Burada onun yaxın münasibətlər qurduğu adamlar içərisində gələcək imperator Lui Napaleonun anası Jozefina Boqarnenin qızı Qortenziya da var idi. Qorçakov Balkanlardakı vəziyyətdə müdaxilə etmək üçün yunan dilini də öyrənirdi. Bir il sonra Qorçakov Berlinə göndərildi lakin tezliklə yenidən İtaliyaya qayıtdı.

Öz istefasına qədər Qorçakov Florensiya və Lukkada xidmət etmiş Toskanada səfir Venesiyada səfarət müşaviri vəzifəsində çalışmışdır. İstefaya isə o 1838-ci ildə stats-müşavir olarkən getmişdir. İstefa verdikdən sonra o Mariya Urusova ilə evləndi. Xanımının ailəsi sarayın varlı və hörmətli adamlarından idi. Lakin bu dövrdə Qorçakovun Nesselrodla münasibətləri yenə də əvvəlki kimi dostluqdan uzaq idi Qorçakov ümid edirdi ki, onun istefasını qəbul etməyəcəklər, lakin qəbul etdilər və bu diplomatiyanın mənəviyyatına ciddi təsir etdi. thumb|right|A. M. Qorçakov thumb|left|150px|Sankt-Peterburq, Aleksandr bağı, A. M. Qorçakovun büstü Polşada üsyan yatırıldı, ancaq Rusiya ilə Avstriya İngiltərə və Fransa arasındakı fikir ayrılığı Bismarkın Rusiyaya yaxınlaşmasına şərait yaratdı. Qorçakovun siysəti nəticəsində Rusiya Prussiyanın Danimarka (1864), Avstriya (1866) və Fransa (1870) müharibəsində neytrallığını qoruyub saxlaya bildi. Fransanın məğlub olması 1867-ci ildə kansler olan Qorçakova imkan verdi ki, Qara dənizdə neytrallıq haqqında Paris sülhünün II maddəsindən Rusiya imtina etsin və 1871-ci il London Konfransında bu dövlətin tanınmasına nail olsun. Qeyd etmək lazımdır ki, II maddənin ləğv edilməsi Qorçakovun ciddi səyi nəticəsində mümkün oldu. Rusiya bəyanatında göstərirdi ki, 1856-cı il Paris danışığı onu imzalayan dövlətlər tərəfindən ciddi şəkildə pozulmuşdur. Türkiyə, İngiltərə və Fransa Aralıq dənizinə hərbi eskadra çıxarmaqla Rusiyanı çətin vəziyyətdə qoymuşdur. Türkiyənin razılığı ilə hərbi dövrlərdə Qara dənizin sularının neytrallığının elan olunması Qaradəniz ətrafı əraziləri xarici basqınlara məruz qoyurdu. Ona görə də Rusiya öz təhlükəsizliyinə təhlükə törədən II maddəni qəbul edə bilməzdi. Digər maddələrin hamısı qəbul edilirdi. Qorçakov hər şeyi yaxşı hesaba almışdı. Çətin vəziyyətdə İngiltərə və Avstriya-Macarıstan yalnız şifahi etiraz edə bilərdilər. Fransanın başı xüsusi işlərə qarışmışdı. Rusiyanın bəyanatına ən çox acıqlana biləcək şəxs Bismark idi, lakin o da keçmişdəki razılaşmaya müvafiq olaraq onu dəstəkləməyə söz vermişdi. Rusiyaya gözlənilməz dəstək isə ABŞ-dən gəldi. Halbuki o bildirmişdi ki, heç vaxt Rusiyanın Qara dənizdə təşkilatçılığının tanımayacaq.

İndi Rusiya Qara dənizdə gəmilər saxlaya bilər və dənizsahili ərazilərdə hərbi dəniz bazaları yarada bilərdi. Paris sülhünün təhqiredici maddəsindən imtina Rusiya diplomatitasının böyük uğuru idi. Qorçakov gələcəkdə Türkiyə ilə müharibəyə hazırlaşmaq üçün 1873-cü ildə"üçlər ittifaqı"nın yaradılmasında həlledici rol oynadı. 1877–1878-ci illər rus-türk müharibəsi Balkan xalqlarının Türkiyə hakimiyyətindən azad olması adı altınada aparılırdı. Bu yolla Rusiya Balkanlara öz təsirini artırmağa çalışırdı. Müharibə dövründə Qorçakov Avropa dövlətlərinin bitərəfliyinə nail üçün ciddi səy göstərirdi. 1878-ci ildə Türkiyə ilə San-Stefanoda sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Rusiya 1856-cı il Paris sülhü zamanı itirdiyi Cənubi Bessarabiyanı qaytardı. Rus ordusunun Türkiyə ilə müharibədə qalib gəlməsi və Rusiya üçün mənfəətli olan müqavilə Berlin konqresində heçə endirildi. Konqresdə Rusiyanı Qorçakov təmsil edirdi. O sonradan II Alesksandra yazırdı:Berlin traktatı mənim karyeramin ən qara səhifəsidir. Konqresdə Qorçakov və Bismark arasında ziddiyyət yarandı. Berlin Konqresindən 3 il sonra da Qorçakov xarici işlər naziri oldu. Onun əsas məqsədi öz xeyrinə Avropada stabilliyi və qüvvələr nisbətini saxlamaqdan ibarət idi. 1880-ci ildə o müalicə olunmaq üçün xaricə getdi. 1882-ci ildə o xarici içlər naziri postundan istefa verdi, lakin kansler rütbəsini saxladı. 27 fevral 1883-cü ildə o Baden-Badendə vəfat etdi, Peterburqda dəfn olundu.

Səfir kimi diplomatik fəaliyyəti

Almaniyada səfir 1841-ci ildə böyük knyaginya Olqa Nikolayevnanın Vürtemberq vəliəhdi Karl Fridrixlə nikahını təşkil etmək üçün Ştutqarta göndərildi. Nikah mərasimi baş tutduqdan sonra isə on iki il ərzində orada fövqəladə elçi vəzifəsində qaldı. Ştutqartda olduğu müddətdə Cənubi Almaniyada inqilabi hərəkatın gedişini və 1848–1849-cu illərdə Frankfurt-na-Maynda baş verən hadisələri diqqətlə izləmək imkanı əldə etdi.

1850-ci ilin sonunda əvvəlki vəzifəsini Vürtemberq sarayında saxlamaqla, Frankfurt-na-Maynda Alman İttifaqı Seymində fövqəladə elçi təyin edildi. Həmin dövrdə Almaniyanın siyasi həyatında Rusiya təsiri üstünlük təşkil edirdi. Rusiyanın mövqeyi o zaman kifayət qədər möhkəm idi. Xüsusilə 1848-ci il inqilabi iğtişaşlarından sonra Avstriya ilə birlikdə Macarıstan üsyanını yatıraraq sülhməramlı rolunda çıxış etməsi Rusiyanın mövqeyini daha da gücləndirmişdi. İttifaq Seymi (Bundestag) Rusiya imperiyası tərəfindən Mərkəzi Avropada sabitliyin qorunması vasitəsi kimi nəzərdən keçirilirdi. Knyaz Qorçakov Frankfurt-na-Maynda dörd il qaldı və burada Prussiyanın nümayəndəsi Otto fon Bismarkla xüsusilə yaxın münasibətlər qurdu. Bismark o zaman Rusiya ilə sıx ittifaqın tərəfdarı idi və onun siyasətini fəal şəkildə dəstəkləyirdi. Buna görə imperator I Nikolay tərəfindən ona xüsusi minnətdarlıq ifadə edilmişdi. Qorçakov, Nesselrode kimi, imperator I Nikolayın Şərq məsələsinə olan marağını bölüşmürdü və Türkiyəyə qarşı başlanmış diplomatik kampaniya onda ciddi narahatlıq doğururdu. O, ən azı şəxsi səylərindən asılı olduğu dərəcədə Prussiya və Avstriya ilə dostluq münasibətlərinin qorunub saxlanmasına çalışırdı.

Krım müharibəsi 1854-cü ilin yayında Qorçakov Vyanaya köçürüldü. Burada əvvəlcə Avstriyanın xarici işlər naziri qraf Buol ilə yaxın qohumluq əlaqələri olan Meyendorfun əvəzinə səfirliyə müvəqqəti rəhbərlik etdi. 1855-ci ilin yazından isə Avstriya sarayında elçi vəzifəsinə daimi olaraq təyin edildi. Avstriyanın «dünyanı öz nankorluğu ilə heyrətləndirdiyi» və Rusiya əleyhinə Fransa və İngiltərə ilə birlikdə hərəkət etməyə hazırlaşdığı bu kritik dövrdə (2 dekabr 1854-cü il tarixli müqaviləyə əsasən) Rusiyanın Vyanadakı elçisinin mövqeyi son dərəcə çətin və məsuliyyətli idi.

İmperator I Nikolayın ölümündən sonra Vyanada sülh şərtlərini müəyyən etmək məqsədilə böyük dövlətlərin nümayəndələrinin konfransı çağırıldı. Droyin de Lyuis və lord Con Rasselin iştirak etdiyi danışıqlar müsbət nəticə verməsə də, qismən Qorçakovun diplomatik məharəti və israrı sayəsində Avstriya yenidən Rusiyaya düşmən mövqe tutan kabinetlərdən ayrılaraq özünü neytral elan etdi.

Sevastopolun süqutu Vyana kabinetinin yeni müdaxiləsinə səbəb oldu. Vyana kabineti artıq öz adından ultimatum şəklində Rusiyaya Qərb dövlətləri ilə razılaşdırılmış tələblər irəli sürdü. Rusiya hökuməti Avstriyanın təkliflərini qəbul etməyə məcbur oldu və 1856-cı ilin fevralında yekun sülh müqaviləsinin hazırlanması üçün Parisdə konqres toplandı.

Xarici işlər naziri

Paris sülhü və Krım müharibəsindən sonrakı ilk illər 1856-cı il 30 mart tarixli Paris müqaviləsi Rusiyanın Qərbi Avropanın siyasi işlərində fəal iştirak etdiyi dövrə son qoydu. Qraf Nesselrode istefaya çıxdı və 1856-cı ilin aprelində knyaz Qorçakov xarici işlər naziri təyin edildi. Məğlubiyyətin bütün acısını hər kəsdən daha dərindən o hiss edirdi: Qərbi Avropanın siyasi düşmənçiliyi ilə mübarizənin ən mühüm mərhələlərini şəxsən yaşamış, düşmən mövqedə olan siyasi qüvvələrin mərkəzində — Vyanada fəaliyyət göstərmişdi.

Krım müharibəsi və Vyana konfransının ağır təəssüratları Qorçakovun sonrakı nazirlik fəaliyyətinə öz möhürünü vurdu. Beynəlxalq diplomatiyanın vəzifələrinə dair ümumi baxışları artıq ciddi şəkildə dəyişə bilməzdi; onun siyasi proqramı nazirliyə rəhbərlik etməyə başladığı şəraitlə aydın şəkildə müəyyənləşirdi.

İlk növbədə, ölkədə böyük daxili islahatların həyata keçirildiyi ilk illərdə böyük təmkin nümayiş etdirmək lazım idi. Daha sonra knyaz Qorçakov qarşısına iki praktiki məqsəd qoydu: birincisi, 1854–1855-ci illərdəki davranışına görə Avstriyadan qisas almaq, ikincisi isə Paris müqaviləsinin tədricən ləğvinə nail olmaq.

1850–1860-cı illər. İtaliya ilə yaxınlaşma 1856-cı ildə Qorçakov Neapol hökumətinin sui-istifadələrinə qarşı diplomatik tədbirlərdə iştirak etməkdən imtina etdi və bunu xarici dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi ilə əsaslandırdı (10 (22) sentyabr tarixli sirkulyar nota). Eyni zamanda o, Rusiyanın Avropanın beynəlxalq məsələlərində söz sahibi olmaq hüququndan imtina etmədiyini, sadəcə olaraq gələcək üçün qüvvə topladığını bildirdi: «La Russie ne boude pas — elle se recueille» («Rusiya qəzəblənmir — özünü toparlayır»). Bu ifadə Avropada böyük əks-səda doğurdu və Krım müharibəsindən sonra Rusiyanın siyasi vəziyyətinin dəqiq xarakteristikası kimi qəbul edildi. Üç il sonra knyaz Qorçakov bəyan etdi: «Rusiya Krım müharibəsindən sonra özü üçün məcburi hesab etdiyi təmkinli mövqedən çıxır».