Üçüncü Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Üçüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Həmin Qanuna əsasən Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Əhalisi Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Üçüncü Zobucuq qəsəbəsində 2020-ci ilin fevralına olan məlumata görə 1662 nəfər yaşayır. Qəsəbədə 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır.Füzuli rayon İH-nin başçısı növbəti qəbul-görüş keçirdi

İqtisadiyyatı Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub.

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

Mədəniyyəti Qəsəbədə kitabxana fəaliyyət göstərir.

Gecəgözlü Poçt Şöbəsi Üçüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1922.

Təhsil Qəsəbədə məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Üçüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Qəsəbədə "33 № li tam orta məktəb" fəaliyyət göstərir.

Səhiyyə Qəsəbədə tibb məntəqəsi mövcuddur.

İstinadlar

Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu

Həmçinin bax

Kateqoriya:Füzuli rayonunun qəsəbələri Kateqoriya:2008-ci ildə yaranan yaşayış məntəqələri