Finlandiya Milli Muzeyi (, ) Daş Dövründən indiki günümüzə qədər olan Fin tarixini mədəniyyət tarixi və əşyalar vasitəsilə təqdim edir. Milli Romantik üslubunda tikilmiş Fin Milli muzeyi Helsinkinin mərkəzində yerləşir və Mədəniyyət və Təhsil Nazirliyinin nəzdində Fin İrsi Qurumunun (2018-ci ilə qədər Antik Milli Şurasının) (, ) bir hissəsidir.
Sərgilər Milli Muzeyin daimi sərgiləri altı hissəydən ibarət. Xəzinə kolleksiyası sərgisi pul, medal, orden və bəzək əşyaları, gümüş, zinət əşyaları və silah kolleksiyalarını nümayiş elətdirir. Finlandiyada ibtidai icma quruluşu dövrünə aid tapıntılar Finlandiyada ən böyük daimi arxeoloji sərgidir. Səltənət sərgisi İsveç Krallığı dövründən Rusiya İmperiyası dövrünə qədər orta əsrlərdən 12-ci əsrin 20-ci əsrin əvvəllərinə qədər Fin cəmiyyətinin və mədəniyyətinin inkişafını təqdim edir. "Torpaq və onun xalqı" 18–19-cu əsrlərdə Finlandiya xalq mədəniyyətini, sənayeləşmədən əvvəlki kənd yerlərində yaşayışı nümayiş elətdirir. "Suomi Finlandiyası 1900" adlı XX əsrin Finlandiyası və finlərə aid sərgi 26 aprel 2012-ci il tarixdən 1 mart 2015-ci ilədək açıq idi.
Milli Muzeydə yeni daimi sərginin planlaşdırılması və inşası davam edir. Buna görə Xəzinə kolleksiyası sərgisi 9 Noyabr 2015-ci il tarixində, Finlandiyada ibtidai icma quruluşu sərgisi 30 Avqust 2015-ci ildə bağlandı. Yeni daimi sərgi 2018-ci ildə açıldı. Sərginin birinci hissəsi, Profane Orta əsrlər, artıq 105 nömrəli otaqda açılmışdır.
İstinadlar
Xarici keçidlər Finlandiya Milli Muzeyinin rəsmi saytı Emporis — Finlandiya Milli Muzeyi Muzeyin daxilindəki panoramik virtual tur Kateqoriya:Arxeologiya muzeyləri Kateqoriya:Milli muzeylər