Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor.

Həyat

Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub.

Ölümü 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib.

Təhsili

1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir.

Fəaliyyəti Əmək fəaliyyəti

“Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56).

Elmi fəaliyyəti BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub.

Üzvü olduğu cəmiyyətlər

SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973)

Təltif və mükafatları — Qırmızı Ulduz

— I dərəcəli Vətən müharibəsi ordeni

Mənbə