Melissa Mari Benoyst (; ) – ABŞ aktrisası və müğənnisi. O, daha çox «Xor» serialındakı Marli Rouz və «Supergörl» serialındakı Supergörl/Kara Zor-El rolları ilə tanınır.

Həyatı və karyerası Melissa Mari Benoyst 4 oktyabr 1988-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərində anadan olmuşdur. Benoyst Kolorado ştatının Litlton şəhərində böyümüşdür. O, 2007-ci ildə Litltondakı bir orta məktəbdən məzun olmuşdur.

Bundan sonra Nyu-York şəhərinə köçən Benoyst 2011-ci ildə kollecdən məzun olur. O, həmin dövrdə «Qanun və nizam: Xüsusi korpus», «Qanun və nizam: Cinayətkar niyyət», «Göy qanlar» və «Yaxşı arvad» teleseriallarında qonaq rolları canlandırır. «Showtime» telekanalında yayımlanan «Vətən» serialında az əhəmiyyətli bir rolu canlandırdıqdan sonra, 2012-ci ilin payızında «Fox» telekanalında yayımlanan «Xor» teleserialının dördüncü mövsümünün aktyor heyətinə qoşulur. Teleserialın beşinci mövsümündə daha əhəmiyyətli rol alan Benoyst 2014-cü ilin əvvəllərində digər aktyorlarla birlikdə layihəni tərk edir.

O, 2014-cü ildə çəkilmiş «Mübtədalıq» filmində rol almışdır. Benoyst daha sonra «20th Century Fox» tərəfindən istehsal edilmiş «Uzun yol» filmində baş qəhrəmanın sevgilisi rolunu canlandırmışdır. O, 2015-ci ilin yanvar ayında «CBS» telekanalının «Supergörl» teleserialının kastinq mərhələsini uğurla keçir. Benoyst bundan sonra «Universal Pictures» tərəfindən istehsal edilmiş «Lourayderlər» filmində rol almışdır. O, 2015-ci ildən bəri «The CW» telekanalında yayımlanan «Supergörl» teleserialında baş rolu canlandırır.

Şəxsi həyatı Melissa Mari Benoyst 2015-ci ildə «Xor» teleserialındakı həmkarı, üç ildir tanıdığı Bleyk Cenner ilə evlənmiş, ancaq 2017-ci ildə ondan boşanmışdır.

Benoyst 2017-ci ilin əvvəllərində «Supergörl» teleserialındakı həmkarı Kris Vud ilə münasibət qurmuşdur. Onlar 10 fevral 2019-cu ildə nişanlanmış, 1 sentyabr 2019-cu ildə isə evlənmişdir.

Cütlük 4 mart 2020-ci ildə uşaq gözlədiklərini bildirmişdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XX əsr ABŞ aktrisaları