Venera Yusif qızı Məmmədova () — Azərbaycan pedaqoqu, Azərbaycan SSR əməkdar müəllimi, SSRİ Ali sovetinin XI çağırış deputatı.

Həyatı Məmmədova Venera Yusif qızı 14 mart 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Şərur rayonunun Ərəbyengicə kəndində anadan olub.

1978-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) və 1991-ci ildə Bakı Dövlət Univeristetinin nəzdində təşkil olunmuş parktiki psixoloqlar kursunu bitirmişdir.

1978–90-cı illərdə Sədərək kəndində rus dili müəllimi, 1985–90-cı illərdə Şərur rayonu Qadınlar Şurasının sədri olmuşdur.1992-ci ildən Bakının Xətai rayonundakı 48 saylı orta məktəbdə müəllim-psixoloq işləyib.

SSRİ Ali sovetinin XI çağırış deputatı seçilib.

Təltif və mükafatları Maarif əlaçısı 1987 — Azərbaycan SSR əməkdar müəllimi

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları