İsmayıl Zülfüqarlı () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçu.

Klub karyerası 16 aprel 2001-ci ildə Bərdə rayonunun Gərənə kəndində anadan olub. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-futbol ixtisası üzrə tələbəsidir.

Neftçi "Neftçi" Futbol Akademiyasının yetirməsidir. 11 yaşından akademiyanın üzvüdür. U-11 yaş qrupundan başlayaraq, bütün yaş qrupları üzrə komandalarda, daha sonra əvəzedici heyətdə çıxış edib. 2019-cu ilin iyun ayında əsas heyətə keçib. Klubla 2023/2024-cü il mövsümünün sonuna kimi müqavilə imzalayıb.İsmayıl Zülfüqarlı 2023/2024 mövsümünün sonunadək "Neftçi"də ."Neftçi" PFK gənc yetirməsi ilə müqaviləni artırdı .

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolNeftçi PFK2018–19Birinci Divizion222000000222Neftçi PFK2019–20Birinci Divizion6100000061Neftçi PFK2019–20Premyer Liqa3000000030Neftçi PFK2019–20UEFA Avropa Liqası 2019/20202100000021Ümumi karyera334000000334 1UEFA Avropa Liqası görüşləri daxildir.2Azərbaycan Superkuboku görüşləri daxildir.

Avropa Liqası Avropa Liqası I təsnifat mərhələsində "Neftçi" komandasının Moldova təmsilçisi "Sperantsa"ya qarşı keçirdiyi hər iki qarşılaşmada iştirak edib. 18 iyul 2019-cu ildə Bakıda keçirilmiş və 6:0 hesabı ilə Azərbaycan təmsilçinin xeyrinə başa çatmış cavab qarşılaşmasının 78-ci dəqiqəsində bakılıların 6-cı qolunu vuraraq, Avrokuboklarda ilk qolunu vurmaqla yanaşı, Azərbaycan futbolunun tarixində Avrokuboklarda qol vurmuş ən gənc (18 yaş) futbolçusu olaraq tarixə düşüb.Qurbanov "Neftçi"nin gənc istedadını necə üzə çıxardığını açıqladı .

Milli karyerası Azərbaycan milli komandalarıMilliOyunQolU-1721U-1930Ümumi51

U-17 2017-ci ildə U-17 millisinə dəvət alan İsmayıl 5 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Bunlar Gürcüstanla 2 qarşılaşma, habelə BƏƏ, Sudan və Makedoniya ilə görüşlər olub. Gənc futbolçu o cümlədən, U-17 Avropa çempionatı seçmə mərhələsində Bolqarıstan və Ukrayna yığmalarına qarşı görüşlərdə iştirak edib.

U-19 2019-cu ildə U-19 millisinin heyətinə cəlb olunaraq İspaniya və Belarus millilərinə qarşı yoldaşlıq görüşündə meydanda olub.

Uğurları

Klub Neftçi Azərbaycan Premyer Liqası Gümüş (1): 2019–20 Azərbaycan Birinci Liqası Bürünc (1): 2018–19

Şəxsi UEFA Avropa Liqası 2019/20 mövsümündə turnirin I təsnifat mərhələsi çərçivəsində "Neftçi" — "Sperantsa" oyununda qol vurmaqla, 18 yaşlı Zülfüqarlı, avrokuboklar tarixində ən gənc qol vuran azərbaycanlı futbolçu kimi tarixə düşüb.U-11 Liqasından Avropa Liqasına gedən yol — İsmayıl Zülfüqarlı kimdir? .

İstinadlar

Xarici keçidlər Neftchi Baku profile at PFL AFFA U-19 İsmayıl Zülfüqarlı İ.Zülfüqarlı on Soccerway

Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri