Asena və ya Aşina – türk mifologiyasında önəmli rol oynayan əfsanəvi dişi qurdun dünyaya gətirdiyi on qız uşağından biri.

Bəzi yerlərdə Asenanın dişi qurdun adı olduğu düşünülməkdədir. Ziya Göyalp 1922-ci ildə Diyarbəkirdə nəşr edilmiş Kiçik Məcmua jurnalında yayımlanan "Türk dövlətinin təkamülü" adlı məqaləsində "bu da çinlilərə görə (Asena=Qurd) mənasındadır" deməkdədir.Ziya Göyalp, tərcümə: Şahin Filiz, "Türk devletinin tekâmülü 12: Hakanlık Teşkilatı",Küçük Mecmua -II-, s. 57. Göytürk xaqanlığının qədim hökmdarlarının mənsub olduğu Aşina, Zena, Asen və ya Şunnu adı verilən sülalə əfsanəyə görə bu dişi qurddan törəmişdir. Əsli Açina kəlməsindən gəlməkdədir.

Əfsanənin tapıntılara görə ən qədim forması Antik Çin qaynaqlarında Tüküe xalqının törəyişini anladan Asena əfsanəsinin fərqli formalarına rast gəlinilir. Tapılan ən qədim forması belədir:

Bununla yanaşı, əfsanənin başqa formaları vardır. Daha qədim zamanlardan qalan, sonradan genişləndirilmiş, daha əhatəli ya da daha qəsa olan formaları da vardır.

Həmçinin bax Bozqurd (mifologiya)

Türk xalqlarının mifologiyası

Asar (mifologiya)

İstinadlar

Kateqoriya:Türk mifologiyası Kateqoriya:Aşina ailəsi Kateqoriya:Türk xalqlarının əfsanəvi əcdadları