Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər.

Tarixi Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi.

Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır.

Seçki blokları

2000-ci il parlament seçkiləri

Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı.

2003-cü il prezident seçkiləri

Bizim Azərbaycan Bloku

2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır.

Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. 9 may 2003-cü ildə Azərbaycan Ümid Partiyasının Ali Məclisi "Bizim Azərbaycan" Blokunun namizədi İsa Qəmbəri dəstəkləmək və bloka qoşulmaq barədə qərar qəbul etdi. Azərbaycan Ümid Partiyası və Müsavat Partiyası arasında 21 may 2003-cü ildə ikitərəfli saziş imzalandı.

Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14%-lə II yeri tutmuşdur, lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15–16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur.

6 iyun 2005-ci ildə Azərbaycan Ümid Partiyasının Ali Məclisi "Bizim Azərbaycan" Blokunda təmsilçilikdən imtina etməklə Müsavat və digər partiyalarla ikitərəfli əməkdaşlığın davam etdirilməsini qərara almışdır.

19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir. 30 noyabr 2005-ci ildə bloka üzv olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib ki, ""Bizim Azərbaycan" bloku noyabrın 30-da saat 15.00-da keçirəcəyi növbəti iclasında Müsavat Partiyasının sədri İsa Qəmbərin blokun rəhbərliyindən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxaracaq"" Bu hadisələrdən sonra blokda ikifikirlilik yaranıb. Belə ki, bloka üzv olan Əhrar, Cümhuriyyət Xalq, Demokratik Birlik, Xalq və Əmək partiyaları İsa Qəmbəri "Bizim Azərbaycan" blokunun sədri kimi qəbul edir. Bloka daxil olan digər – Türk Millətçi, Xalq Azadlıq, İslam Demokrat, Yeni Turan, Demokratik Şəxsiyyətlər, Azad Azərbaycan, Xalq Qurtuluş, Yaşıllar və Demokratik Sağ partiyalar isə bunun əksinə çıxış edir. Beləcə blok 2 qrupa parçalanır. Bir qrupa İsa Qəmbər sədrlik etməkdə davam edir, digər qrupda isə sədrlik rotasiya üsulu ilə həyata keçirilib.

Sonradan İsa Qəmbərin sədrliyinə tərəfdar əksər siyasi partiya və ictimai təşkilat blok sıralarını tərk etmişdir. İsa Qəmbərin sədrliyinin əleyhinə olan partiya və ictimai təşkilatlar isə blok üzvlüyünə davam ediblər. Bloka sədrlik rotasiya üsulu ilə davam etmişdir. 20 aprel 2007-ci ildə Blok 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində iştirak etmək qərarı alıb."Bizim Azərbaycan" prezident seçkilərində iştiraka qərar verdi. yenicag.az

Qələbə Seçki Bloku 2003-cü il prezident seçkilərində müxalif qüvvələrdən bir neçə şəxs prezidentliyə namizəd olmuşdur. Əvvəlcə vahid namizəd üzərində müzakirələr olsa da, bu gerçəkləşməmişdir. Azərbaycan Milli İstiqlal Partiyası Etibar Məmmədovun prezidentliyə namizədliyini 7 iyul 2003-cü ildə rəsmi olaraq irəli sürmüş və bu namizədlik 12 avqust 2003-cü ildə rəsmi olaraq təsdiqlənmişdir. Prezidentliyə namizədliyi 12 avqust 2003-cü ildə təsdiqlənmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli daha sonra namizədliyini Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun leyhinə geri çəkmişdir. Bu ərəfədə sədr Etibar Məmmədov və onu dəstəkləyən siyasi qurumlar vahid quruluşda — Qələbə Blokunda cəmləşmişdi. Etibar Məmmədov seçkiləri 70,638 (2.92%) səs toplayaraq Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev, Bizim Azərbaycan Blokunun vahid namizədi İsa Qəmbər və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətdən sonra 4-cü sırada tamamlamışdır. Lakin müxalif namizədlər seçki nəticələrini tanımamış və 15–16 oktyabr 2003-cü il tarixlərində kütləvi etiraz aksiyaları təşkil etmişlər.

Nəticələr +Siyasi partiyaBlokNamizədTopladığı səsSay%+/-Yeni Azərbaycan Partiyasıİlham Əliyev1 860 43676.84%YeniMüsavat PartiyasıBizim Azərbaycan Blokuİsa Qəmbər338 14513.97%YeniBitərəfMilli Birlik HərəkatıLalə Şövkət87 5233.62%YeniAzərbaycan Milli İstiqlal PartiyasıQələbə Seçki BlokuEtibar Məmmədov70 6382.92%8.88Ədalət Partiyasıİlyas İsmayılov24 0981.00%0.30Vətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı19 9730.82%YeniBitərəfQüdrət Həsənquliyev12 0710.50%YeniMüasir Müsavat PartiyasıHafiz Hacıyev8 2670.34%YeniEtibarlı səslərin sayı2 421 061Etibarsız səslərin sayı324 037Ümumi səslərin sayı2 745 098Seçicilərin sayı4 442 338Seçici aktivliyi: 62,85%Mənbə:

2004-cü il bələdiyyə seçkiləri

Ədalət Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən təsis edilmiş Demokratik Azərbaycan Seçki Bloku 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 sentyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.

Vəhdət Partiyasının da daxil olduğu Azərbaycançı Qüvvələr Birliyi 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1 oktyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.

2005-ci il parlament seçkiləri

Seçki blokuSiyasi partiyalarRəhbərləriNamizəd sayıTəsis tarixiAdı21 iyul 2005AzadlıqAzərbaycan Demokrat PartiyasıRəsul Quliyev40Azərbaycan Xalq Cəbhəsi PartiyasıƏli Kərimli48Müsavat Partiyasıİsa Qəmbər4124 iyul 2005Azərbaycançı QüvvələrBirlik PartiyasıXudadat XuduyevVəhdət PartiyasıTahir Kərimli46Azərbaycan NaminəAzərbaycan Xalq Demokratik PartiyasıRafiq TurabxanoğluVahid Azərbaycan PartiyasıKarrar Əbilov27 iyul 2005Azərbaycan Tərəqqi AlyansıAzərbaycan Dirçəliş və Tərəqqi PartiyasıAzad NəbiyevQorqud PartiyasıFirudin Kərimov15 avqust 2005BirlikAzərbaycan Milli Dövlətçilik PartiyasıNemət PənahlıAzərbaycan Mübarizlər PartiyasıAğadur Müslümov24 iyul 2005Demokratik AzərbaycanƏdalət Partiyasıİlyas İsmayılov32Vahid Azərbaycan Milli Birlik PartiyasıHacıbaba ƏzimovVətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı3121 iyul 2005İslahatAzərbaycan Respublikaçılar PartiyasıSübut ƏsədovAzərbaycan Azad Respublikaçılar PartiyasıKamil SeyidovAzərbaycan Demokratik Maarifçilik PartiyasıElşən MusayevDemokratik Azərbaycan Dünyası PartiyasıMəmməd Əlizadə57Yeni SiyasətAzərbaycan Milli İstiqlal PartiyasıƏli ƏliyevAzərbaycan Milli Hərəkat PartiyasıSamir CəfərovAzərbaycan Sosial Demokrat PartiyasıAyaz Mütəllibov9Araz Əlizadə

Azadlıq Siyasi Partiyalar Bloku

2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar. 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir. 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı. 21 iyulda blok qeydiyyatdan keçdi. Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi. 116 vahid namizədin olduğu siyahıya əsasən 28 namizəd (daha sonra 1 namizəd geri çəkildi) Azərbaycan Demokrat Partiyası üzvü idi. Həmçinin, 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir.NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇKİLƏRDƏ 146 NƏFƏR NAMİZƏD MÜBARİZƏ APARIR 2006-cı ildə Müsavat Partiyası qurumu tərk edib. 2006-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası və Azərbaycan Liberal Partiyası iştirakı ilə Azadlıq Seçki Bloku buraxılaraq əsasında Azadlıq Siyasi Partiyalar Bloku yaradılmış və 2010-cu ilə qədər fəaliyyət göstərmişdir.

Yeni Siyasət Bloku (YeS) 2005-ci il parlament seçkiləri ərəfəsində, 12 aprel 2005 tarixində təqdimatı edilən blok 2 may 2005 tarixində rəsmi olaraq qurulmuşdur. 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır, lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. AMİP sədri Əli Əliyev buna etiraz etmişdir. Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.

Blokun bütün üzvləri azad namizədlər idi və heç bir partiyaya daxil deyildilər. 2007-ci ildə bu siyasi blok fəaliyyətini dayandırdı.

Blokun ümumilikdə 8 üzvü var idi: Eldar Namazov, Yaqub Məmmədov, Vahid Əhmədov, Əli Məsimli, Rəhim Hüseynov, Eldəniz Quliyev, Rəşid Hacılı, Samir Cəfərov.

Qeyri-rəsmi 22 aprel 2005-ci ildə "İctimai liderlər birliyi" Seçki Bloku, 14 may 2005-ci ildə Azərbaycan Qadın Hərəkatının liderləri tərəfindən Qadınların Seçki Bloku, 15 may 2005-ci ildə "Olaylar", "Ədalət", "Həftəiçi", "Üç nöqtə", "Şərq" və "525-ci" qəzetlərinin baş redaktorları tərəfindən "Müstəqil media — 2005" Seçki Bloku, 16 may 2005-ci ildə "Parlament 2005" Hüquqşünasların Seçki Bloku, 27 may 2005-ci ildə "Gənc Azərbaycan — Yeni adlar" Seçki Bloku, 13 iyun 2005-ci ildə "Yeni parlament" Seçki Bloku təsis edilmişdir.

Avqust ayında isə "İctimai Liderlər Birliyi" bloku 64 namizədinin olduğunu açıqladı. Onlar həm birliyin üzvləri olan şəxslər, həm blokun dəstəklədiyi və həm də qurumun saziş imzaladığı digər seçki bloklarının namizədləri idi. "Parlament-2005" Hüquqşünasların Seçki Blokunun, "Müstəqil Media-2005" Seçki Blokunun, həmçinin "Gənc Lidlerlər" Seçki blokunun namizədləri "İctimai Liderlər"in siyahısına daxil edildi. Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da "İctimai Liderlər Birliyi"nin dəstəklədiyi namizədlər idi. "İctimai liderlər birliyi" Seçki Blokunun təsisçilərindən biri də Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev olmuşdur.