Cessna 172 Skyhawk — 4 nəfərlik, yüksək qanadlı, tək mühərrikli cessna modelidir. Dünyada ən çox istehsal olunan və ən populyar yüngül təlim təyyarəsidir.

Dizayn və konstruksiya İlk dəfə 1956-cı ildə istehsal edilmişdir. Cessna bu təyyarədə ilk dəfə olaraq tricycle eniş dəsti sistemindən istifadə etmişdir. 2 ədəd gövdədə, 1 ədəd burunda mühərrikin altında yerləşdirilən üçlü eniş dəsti sistemi Cessna üçün yeni bir sistem idi. 1955-ci ildə ilk qalxmasınıq həyata keçirmiş C172, ilk ilində 1400 ədəd istehsal edilmişdir. Omni-Vision dizaynı olan təyyarə arxasında pəncərəsi olan nadir modellərdən biridir. Beləliklə, pilot arxasını da görə bilər. Yeni nəsil C172-lər Garmin G1000 şüşə kokpit ilə istehsal olunur.

Qalereya

İstinadlar