Kadri Aytaç () — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, Fənərbaxça və Mersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir.

Oyunçu karyerası 1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla.

Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir.Turkish Football Federation info-bank. Kadri Aytaç player profile .

1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi. 1968/1969 çempionatının sonunda peşəkar karyerasını başa vurdu, vida matçında Mersin İdman Yurdu məşhurlar komandası qarşı çıxış etmişdir.

Məşqçi karyerası Oyunçu karyerasını bitdikdən sonra Kadri Aytaç məşqçilik etməyə başladı. 1968/1969 mövsümündə hələ əsas komandada olarkən Mersin İdman Yurdunda gənclər komandasına rəhbərlik edirdi. 1969/1970 mövsümü başlamazdan əvvəl Kadri Aytaç Mersin İdman Yurdunun baş məşqçisinin köməkçisi oldu və xaricdə karyera qurmağı düşünürdü. Sonradan Rumıniyada kurslara qatıldı."Kadri went to Yugoslavia to make foreign transfers". Kadri Yugoslavya’dan oyuncu almaya gitti . Milliyet gazete arşivi, 03.07.1969, p. 10. Həmən mövsümdə Aytaç ikinci liqada çıxış edən Denizlispora rəhbərlik etməyə başladı. O, üç dəfə (1975–1977-ci illərdə və 1990/1991, 1992/1993 mövsümlərində) Mersin İdman Yurdunun baş məşqçisi təyin olunmuş və 1975/1976 mövsümündə kluba İkinci Liqanın çempionluğunu gətirmişdir.

Mersin İdman Yurdundan başqa o, həmçinin Orduspor, Gənclərbirliyi, İstanbulspor, Tirespor, Çaykur Rizəspor, Kayserispor, Ankaragücü və Karşıyaka kimi klubların baş məşqçisi olmuşdur. O, Mersin İdman Yurdu, Orduspor, Gənclərbirliyi və İstanbulspor klublarını Birinci Liqaya yüksəltmişdir. Onun rəhbərliyi altında Tirespor İkinci Liqaya daxil oldu, sonrakı mövsümdə isə klub turniri üçüncü yerdə başa vurdu."There is life in this trainer". Bu antrenörün içinde hayat var . Milliyet gazete arşivi, 03.06.1979, p. 15. Məşqçi karyerasında sonuncu klubu Nişantaşıspor oldu.Turkish Football Federation info-bank. Kadri Aytaç manager profile .

Şəxsi həyatı Kadri Aytaç Akgül adlı xanım ilə evli idi və Güngər adlı qızı var idi. Həyatının son beş ilində əziyyət çəkdiyi Altsheymer xəstəliyi səbəbindən 72 yaşında vəfat etdi. O, Feriköy məzarlığında dəfn olunmuşdur.Galatasaray S.K. fan site Kadri Aytaç .

İstinadlar

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Qalatasaray PFK məşqçiləri Kateqoriya:Dənizlispor baş məşqçiləri Kateqoriya:Çaykur Rizəspor baş məşqçiləri Kateqoriya:Zeytinburnuspor baş məşqçiləri Kateqoriya:Feriköy məzarlığında dəfn olunanlar Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri