Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı.

Həyatı 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti 1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.

Fəxri adları 1957-ci ildə keçirilən VI ümümdünya festivalında qızıl medala layiq görülmüşdür 1998-ci ildə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür

İstinadlar

Kateqoriya:1927-ci ildə doğulanlar