Əhməd Paşa (Ərəbcə: أحمد باشا, Osmanlıca: أحمد پاشا; ) — Osmanlı Paşası, Məmlük hanedanından hükümdar (1723-1734 ve 1736-1747).
Həyatı Əhməd Paşa, Həsən Paşa'nın oğlu ve varisiydi. 1715 yılında Əhməd Paşa, Bəsrə Eyaləti valiliğinə seçildi. Həsən Paşa'nın ölümündən sonra Əhməd Paşa, Bağdad, Bəsrə ve Şəhrizor'un hökmdarı oldu ve Mosul paşalığı isə İraq sülaləsi Cəlili tərəfindən idarə edildiCoke, Richard (1927). Baghdad, The City of Peace. Taylor & Francis. pp. 232–233.
Atası kimi, öz işlərində Məmlüklü inzibati və hərbi metodlarını əsas qoydu. Həsən Paşanın siyasətini davam etdirən Əhməd Paşa, İraqda nizam-intizam qurdu. İtaət etməyən bədəvi tayfalarını tabe etdi və xəzinəyə sabit vergi axınını təmin etdi. Həmçinin Səfəvilərin hərbi genişlənməsi təhlükəsini diqqətə alaraq İraqın müdafiəsiylə məşğul oldu. Ölkənin müdafiəsi üçün Əhməd Paşa 2000 nəfərlik Məmlüklərdən oluşan "qoruma muhafizləri" yaratdı. Əhməd Paşa 1723-1727, 1730-1736 və 1743-1746-cı illər, Osmanlı-Səfəvi müharibələrində yaxından iştirak etdi. 1734-1736 illərində, Səfəvilərlə müharibədə Əhməd Paşa çox müstəqil əməl etməsi üçün İraqın hakimiyyətindən fasiləsilə açmasına səbəb oldu. Bunun üçün I Mahmud onu İraqın hakimiyyətindən uzaqlaşdıraraq Hələb şəhərinə göndərdi və İraq əyalətini Bağdad və Bəsrə əyalətlərinə böldü. Ancaq 1736-cı ildə Əfşarların ilərləməsi I Mahmudı Əhməd Paşanı Bağdada qaytarmağa məcbur etdi. O İraqı 11 il daha müstəqil şəkildə idarə etdi. Əhməd Paşa 1747-ci ildə vəfat etdi, hakimiyyət qardaşı oğlu Süleyman Əbu Leyla Paşaya (1749-1762) miras qaldıKissling, H.J. (1969), The Last Great Muslim Empires, pp. 82-85. Brill, ISBN 90-04-02104-3.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Asiyanın tarixi dövlətləri