Süleyman Əbu Leyla (, , ; ) — Məmlük sülaləsindən olan İraq hökmdarı (1749–1762)Andrew James McGregorA Military History of Modern Egypt: From the Ottoman Conquest to the Ramadan War pages.57.

Ümumi məlumat Məmlük sülaləsindən olan Bağdad Paşalığının ilk hökmdarı Həsən Paşa Bağdada 1702-ci ildə gəldi və 1704-cü ildə İraq hökmdarı olduHathaway, Jane; Barbir, Karl The Arab Lands under Ottoman Rule: 1516–1800 Pearson Education 2005 p.96 ISBN 9780582418998. Onun varisi Əhməd Paşanın rəhbərliyi ilə vilayətin idarəçiliyində islahatlar aparıldı və İraqın müdafiə sistemini sahmanlaşdırdı. Bağdad Paşalıq əyalətini idarə etmək üçün Məmlüklüdən gələn mühacirlər tez-tez iştirak edirdi və Əhməd Paşanın rəhbərliyi altında iki min Məmlüklərdən bir Mühafizə Birliyi yaradıldıKissling, H. J. The Last Great Muslim Empires Brill 1966 pages.82–85 ISBN 90-04-02104-3.

Həyatı Süleyman Əbu Leyla Paşa Məmlük sülaləsindən idi və "Məmlük Qvardiyasında" xidmət etmişdir. sonra Əhməd Paşanın kürəkəni oldu. Əhməd Paşanın ölümündən sonra türk sultanı I Mahmud İraqdakı Məmlükları hakimiyyətdən uzaqlaşdırmağa çalışdı. 1747–1748-ci illərdə Osmanlı sultanı Bağdadda 3 qubernator dəyişildi. Türk hakimiyyətinin hərəkətləri yerli əhali və Məmlüklərin narazılığı ilə qarşılandı. Sonda Süleyman Əbu Leyla Bağdadın Paşasına qarşı üsyan etdi və öz qüvvələriylə Bəsrədən Bağdada köçdü. Şəhəri atəşə tutdu və üç gün davam edən döyüşlərdən sonra Osmanlının təin etdiyi Paşa Bağdadı tərk etməyə məcbur qaldıكتاب لمحات إجتماعية من تاريخ العراق الحديث ج1 — الدكتور علي الوردي — ص 155.

İstanbul hakimiyyəti, İraq üzərində nəzarətini itirərək, 1749-cu ildə Süleyman Əbu Leylayı Bağdad Paşası təyin etdi. Bu, 84 il ərzində Məmlüklərə İraq üzərində nəzarət etməyə imkan verdiКисслинг Х. Я. Последняя великая мусульманская империя 1969 82–85 ISBN 90-04-02104-3. Əbu Leyla, hakimiyyəti dövründə Ərəb və Kürd tayfalarını kontrol etməyi bacardı. O, həmçinin Avropa tacirlərini dəvət edərək onlarla ticarət qurdu. İngilis Şərqi Hind şirkətinə Bəsrədə ticarət mərkəzi yaratmağa icazə verdi, 1763-cü ildə Süleymanın ölümündən sonra bu ticarət mərkəzi açıldı.

Süleyman Əbu Leyla Paşa 1762-ci ildə vəfat etdi. Ölümündən sonra canişini üçün yeddi namizəd vardı və hamısı Məmlüklərdəniydi. Əbu Leylanın namizədləri arasında qarşıdurma olsa da sonunda İraqdakı hakimiyyət Ömər Paşaya(1762–1776) keçdiعباس العزاوي (تاريخ العراق بين احتلالين) — ج6 ص32،. 32.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Asiyanın tarixi dövlətləri