Elman Camal oğlu Məmmədov () — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı.

Həyatı Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir.

Evlidir, 7 övladı var.

Oğlu polis polkovnik-leytenantı Elşad Məmmədov 2015-ci ilə qədər Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi, 2015–2016-cı illərdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayiət Eskort Bölüyünün komandiri vəzifəsini tutub. 2016-cı ildən 2020-ci ilə qədər isə Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi vəzifəsini icra edib.

İctimai-siyasi fəaliyyəti 1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Təltifləri "Şöhrət" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Xocalı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları