Moisey Yefimov ( ) (4 avqust 1927 – 14 noyabr 2010) – Saxa şairi və tərcüməçisi, Saxa Respublikasının Xalq şairi, SSRİ Yazıçılar Birliyinin üzvü (1957)

Həyatı Moisey Dmitriyeviç Yefimov 4 avqust 1927-ci ildə Yakutiya ASSR Verxoyansk rayonunun Dulgalax kəndində anadan olmuşdur. Milliyyətcə Saha türküdür. 1953-cü ildə Yakutiya Pedaqoji İnstitutunu bitirdikdən sonra "Eder Kommunist" (Yakutiya gəncliyi) qəzetində poeziya və incəsənət şöbəsinin müdiri, "Kıım" adlı respublika qəzetində və "Xotugu sulus" jurnalı redaksiyalarında çalışmış, orta məktəbdə müəllim işləmişdir. 1963–1983 — Yakutiya Yazıçılar Birliyinin məsul katibi və idarə heyəti sədrinin müavini olmuşdur.

1991-ci ildən ömrünün sonunadək Saxa Respublikası (Yakutiya) Yazıçılar Birliyinin İcraiyyə Komitəsinin sədri, Saha Respublikası Ruhani Akademiyasının elmi katibi olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü (1957), Saxa Respublikası (Yakutiya) Yazıçılar Birliyinin üzvü (1991) olmuşdur. 14 noyabr 2010-cu ildə vəfat etmişdir.

Yaradıcılığı Moisey Yefimovun şeirləri 1940-cı illərin sonlarından etibarən nəşr olunmağa başlamışdır. İlk şeir kitabı "Günəşin batmadığı yerdə" (Киирбэт күннээх дойдуга) 1954-cü ildə nəşr edilmişdir.

Sovet dövründə yakut və rus dillərində, bəziləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunan 48 şeir toplusunun müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnmişdir.

Şairin bəzi kitabları dünya dillərinə tərcümə edilmişdir. Moisey Yefimov, M.Qorki, N.Nekrasov, Y.Kupala, S.Marşak, S.Şipaçev və başqa müəlliflərin əsərlərini, o cümlədən qazax, qırğız şairlərinin şeirlərini Saha dilinə tərcümə etmişdir.

Əsərləri Saxa dilində Дьулуур. Хоhооннор, поэмалар. — Якутск, 1980 Кистэлэҥнээх холбуйа. Сэhэн. — Якутск, 1981 Нөрүөн нөргүй. Хоhооннор. — Якутск, 1982 Хойуунньу. Остуоруйалар. — Якутск, 1984 Этигэн хомус. Сэhэн. — Якутск, 1985 Олох өрөгөйө. Хоhооннор, поэмалар, сонеттар. — Якутск, 1986 Куустуспут хатыҥнар. Хоhооннор, поэмалар. — Якутск, 1987 Остуоруйа үүтээнэ. — Якутск, 1989 Хотой үҥкүүтэ. Хоhооннор, поэмалар. — Якутск, 1993

Rus dilində В краю, где солнце не заходит: Стихи. — М.: Сов. писатель, 1965 Звёздный дождь: Стихи и поэмы. — М.: Сов. писатель, 1970 Спутники над Туймадой: Стихи и поэмы. — М.: Современник, 1975 У камелька: Стихи. — М.: Дет.лит., 1986 Оленьи скачки: Стихотворения и поэма. — М.: Сов. Россия, 1987 День незакатного солнца: Стихотворения и поэмы. — М.: Современник, 1990 Торжество жизни. — Якутск: Бичик, 2006. — 128 с.

Mükafat və təltifləri "Qırmızı əmək bayrağı" ordeni Saha Respublikasının xalq şairi Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Əməkdar Mədəniyyət işçisi Rusiya Federasiyasının Əməkdar Mədəniyyət işçisi Yakutiya Komsomol Mükafatı laureatı "Alaş" ədəbi mükafatı laureatı (Qazaxıstan) Verxoyansk rayonunun fəxri vətəndaşı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:2010-cu ildə vəfat edənlər Kateqoriya:Rusiya şairləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:4 avqustda doğulanlar Kateqoriya:1927-ci ildə doğulanlar Kateqoriya:Yakutiya şairləri Kateqoriya:XX əsr şairləri