Turaqul Abay oğlu Kunabayev (; həmçinin Turaqul İbrahimov (); ) — Qazaxıstan şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadim. Abay Kunanbayevin Aygerim adlı həyat yoldaşından oğlu.
Həyatı 1875-ci ildə Abay rayonunda anadan olmuşdur. Atasının yanında böyüyən Turaqul təhsilini kənd mollasından almışdır.. Rus, ərəb, fars dillərini bilirdi. Dombra və skripka çalırdı.
1900-cü ildə Çingiz volostunun qubernatoru seçilən qardaşı Maqauiyanın müavini oldu. 1904-cü ildə özü volost vəzifəsnə keçir, amma növbəti il istefa verir. 1909-cu ildə əmisi oğlu Kakitay Kunabayev ilə birlikdə Əlixan Bökeyxanın dəstəyi ilə İlyas Borağanskinin Sankt-Peterburqdakı mətbəəsində atasının şeirlərinin ilk toplusunu nəşr etdi. "Әкем Абай туралы" ("Atam Abay haqqında") adlı atası ilə bağlı xatirələrini yazmışdır. Maksim Qorki ("Çelkaş"), Cek London ("Kiş əfsanəsi"), Boleslav Prus ("Antek") və Alexander Neverovun əsərlərini qazax dilinə tərcümə etmişdir.
Alaş-Orda hərəkatının fəal iştirakçısı idi. 1920-ci illərdə bir neçə dəfə həbs edildi. 1928-ci ildə əmlakı müsadirə edilərək Çimkəndə sürgün edildi və ömrünün son illərini orada keçirtdi. 1934-cü ildə vəfat etdi, dəfn yeri naməlumdur.
Ailəsi Uşaqları:
Akış Turaqulkızı (1901–1990) Jebrayil Turaqululı (1904–1930) Zubayr Turaqululı (1907–1933) Maken Muxametjanova (1912–2000)
İstinadlar
Xarici keçidlər "Şərqi Qazaxıstan — məşhur adlar" məlumat bazasında bioqrafiyalar və mənbələr Kateqoriya:Qazax şairlər Kateqoriya:SSRİ-də milli mənsubiyyətinə görə repressiyaya məruz qalanlar Kateqoriya:XX əsr tərcüməçiləri