TriGranit Development Corporation (azərbaycanca Triqranit Development Korporeyşn tələffüz olunur) — Macarıstanın ən böyük developer şirkəti.Антон Филатов. Как за вечер заработать $5 млрд // Ведомости, № 218 (1992), 19 ноября 2007 Şirkətin baş ofisi Budapeştdə yerləşir.

Sahibləri və idarəetmə qrupu Şandor Demyan (34 %), IMMOEAST Immobilien Anlagen developer şirkəti (25 %), Atticus Capital investisiya şirkətinin direktorlar şurasının həmsədri Nataniyel Rotşild (12 %), Barrick Gold şirkətinin direktorlar şurasının sədri Piter Munk (19 %) və OTP Group-un prezidenti Şandor Çani (10 %) şirkətin sahibləridilər. Şandor Demyan həmçinin şirkətin prezidentidir.

Fəaliyyəti Şirkət Mərkəzi və Şərqi Avropada daşınmaz əmlaka investisiya qoyur, yəni ticarət, ofis, əyləncə mərkəzləri və otellərin tikintisini həyata keçirir. Layihələrin investisiya portfelinin ümumi dəyəri 1,5 milyard avrodur.

Şirkətin layihələri arasında aşağdakılar var:

Millennium City Center (500 000 m²) WestEnd City Center (194 000 m²) Budapeşt Milli Teatrı Buxarestdə Esplanada City Center (880 000 m²) Zaqreb və Seyşel adalarında kurort əraziləri və s.

İstinadlar

Xarici keçidlər trigranit.com — TriGránit rəsmi saytı Kateqoriya:Macarıstan şirkətləri