250px|thumb|right|Əfqan mücahidləri, 1987-ci il. Hibrid müharibə () – təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növü.Popescu, Nicu. Hybrid tactics: neither new nor only Russian . EUISS Issue Alert 4 (2015). Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər.

Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi.

Tərifi Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak KuinMcCuen, John J. Hybrid wars . // Military Review 88.2 (2008): 107. hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir. Belə izah ilə problem göz qabağındadır: Mak Kuin bu təriflə "bütün müharibələrin potensial hibrid olduğunu" etiraf etməyə məcburdur.

F.HoffmanHoffman, Frank G. Conflict in the 21st century: The rise of hybrid wars . Arlington, VA: Potomac Institute for Policy Studies, 2007. daha dəqiq izah verir: ​​hibrid müharibələrdə asimmetrik komponent şərti döyüşlərdən fərqli olaraq döyüş bölgəsində həlledici əməliyyat əhəmiyyəti daşıyır, burada asimmetrik oyunçuların (məsələn, partizanların) rolu təhlükəsizliyi qorumaq üçün düşmən qüvvələrini yönləndirməkdir. Gələcəkdə bu izahlar arasında qarışıqlığın qarşısını almaq üçün Hoffman, asimmetrik komponentin məqsədinin düşmən qüvvələrini əsas müharibə teatrından uzaqlaşdırmaq və komanda və nəzarətdə çətinliklər yaratmaq üçün müharibələrə "kombinə edilmiş (birləşmiş) müharibə"Hoffman, Frank G. Hybrid vs. compound war . // Armed Forces Journal (2009): 1-2. ifadəsini istifadə etməyi təklif edir. P.Mansur belə bir bölgünü dəstəkləmir.

Xüsusiyyətləri Hibrid müharibənin xarakteri təcavüzkarın uzun müddət düşmənə qarşı strateji səbrini sınamaqla uzun müddət düşmənçilik hərəkətləri etməyə imkan verir - ümumiyyətlə vaxt hibrid müharibə metodlarından istifadə edərək tərəfin xeyrinə oynayır. Bu təsir, xüsusilə düşmən ərazidə hibrid müharibəsində iştirak edən nizamlı bir ordunun vəziyyətində hiss olunur. Ərəbistanlı Laurens ərəb üsyanı ilə əlaqədar olaraq qeyd edirdi ki: "Yalnız müharibə kifayət qədər davam etsə, sonda qələbəyə çatmaq mümkündür."Wilson, 1989, p. 136. Lawrence wrote to his parents "We are obviously only meant as red herrings to give an archaeological colour to a political job."

Tarixi Hibrid müharibələri qədim dövrlərdən bəri məlum idi, baxmayaraq ki, o dövrdə texnologiyalar təmamən fərqli idi: məsələn, Popesku qədim zamanlarda quyuların zəhərlənməsi kimi hibrid müharibəsi üsullarına istinad edir. O, cümlədən şəhər müdafiəçilərinə rüşvət verdilər ki, qalanın qapılarını açsınlar.

Daha bir maraqlı tarixi nümunə isə Mənsur tərəfindən göstərilir. Belə ki, eramızdan əvvəl V əsrdə Peloponnes müharibəsində spartalıların zəif nöqtəsi qiyamların qarşısını almaq üçün Lakoniya və Messeniyada əhəmiyyətli hərbi qüvvələrin saxlanılmasını tələb edən kölə-ilotlar idi. İlotların Pilosa qaçışı və qiyam qorxusu spartalıları danışıqlara getməyə məcbur etmişdi.

Nümunələr 250px|thumb|right|Vyetnam müharibəsi, 1965-ci il. Myurey və Mənsur tərəfindən redaktə olunan kollektiv müəlliflərdən ibarət kitabda antik dövrdən XX əsrin ikinci yarısına qədər hibrid müharibələrinin doqquz nümunəsini təhlil edirlər:

1. Romalıların Alman torpaqlarını istila etməsi.

2. Doqquz illik müharibə (1594-1603-cü illərdə ingilislərin İrlandiyada üsyanı yatırması).

3. Amerika inqilabı.

4. Pireney müharibələri.

5. ABŞ vətəndaş müharibəsi zamanı parizanlara qarşı mübarizə.

6. Fransa–Prussiya müharibəsi.

7. Böyük oyun.

8. Çin-yapon müharibəsi (1937—1945).

9. Vyetnam müharibəsi.

XXI əsrdə "hibrid müharibə" termini Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq (2022-ci ilə qədər) istifadə olunmağa başlayıb.Martin N. Murphy. Understanding Russia’s Concept for Total War in Europe // The Heritage Foundation, 12.09.2016.Sam Jones. Ukraine: Russia’s new art of war // Financial Times, 28.08.2014.Molly K. McKew The Gerasimov Doctrine // Politico Magazine, September/October 2017.

Ədəbiyyat

Клименко С. (полковник) «Теория и практика ведения „Гибридных войн“ (по взглядам НАТО) 2015» // «Зарубежное военное обозрение» № 5, 2015 год, С. 109—112

Пухов Р. Н. Миф о «гибридной войне». Никаких принципиально новых действий наша армия в Крыму и на Украине не вела // Независимое военное обозрение, 29.05.2015 Половенко О., Грозный О. «Гибридная война: миф или реальность?», «Красная звезда», 02.02.2015

İstinadlar

Xarici keçidlər Aerokosmik müdafiə: Hibrid müharibəsi ABŞ Dövlət Departamenti – Hibrid müharibəsi Münhen Təhlükəsizliyi Hesabatı, 2015, 3-cü bölmə

Kateqoriya:Politologiya Kateqoriya:Növlərinə görə hərbi əməliyyatlar Kateqoriya:Hərb elmi Kateqoriya:Hərbi hüquq Kateqoriya:Hərb coğrafiyası Kateqoriya:Hərb qaralamaları Kateqoriya:Hərbi terminlər Kateqoriya:XXI əsrdəki münaqişələr Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:1945-ci ildən sonrakı müharibələr Kateqoriya:Hərbi doktrinalar Kateqoriya:Hərbi taktikalar Kateqoriya:İkinci Soyuq müharibə Kateqoriya:Növlərinə görə müharibələr Kateqoriya:Təbliğat üsulları Kateqoriya:Hərbi fəaliyyət Kateqoriya:XXI əsrdə tanıdılanlar Kateqoriya:XXI əsrin müharibələri Kateqoriya:İnformasiya təhlükəsizliyi Kateqoriya:Kəşfiyyat Kateqoriya:Terrorizm Kateqoriya:Yalanla ünsiyyət