Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu.
Karyerası Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
İstinadlar
Kateqoriya:Macarıstanın Olimpiya su poloçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında su poloçuları