Vəzirov Mirzə Həmid bəy Zeynalabdin bəy oğlu () — hüquqşünas, barışdırıcı hakim.
Həyatı Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər rus-tatar məktəbini bitirmişdi. Əmək fəaliyyətinə 1845-ci ildə, Mehri polis sahəsində tərcüməçi kimi başlamışdı. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi işləmişdi. Oralardan Dərbənd və Qars şəhərlərinə dəyişmiş, mülkü hakim vəzifəsində çalışmışdı.
Ailəsi Mirzə Həmid bəy Qönçə xanımla ailə qurmuşdu. Zeynalabdin (Zeynal bəy Vəzirov), Fərrux bəy Vəzirov , Azad bəy Vəzirov , Cavad bəy Vəzirov adlı oğulları, Xeyrənsə xanım adlı qızı vardı.
Mükafatları Mirzə Həmid bəyin kollec asessoru mülkü çini vardı. III dərəcəli "Müqəddəs Anna" və III dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.
Mənbə Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Həmçinin bax Vəzirovlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Vəzirovlar