"Humay 2008-2009" mükafatının təqdimetmə mərasimi 2009-cu il aprelin 21-də keçirildi. Mükafatlar musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, el və foto nominasiyalarına görə təyin olunmuşdu.
Nominasiyalar
Musiqi
Musiqi nominasiyasında qaliblər:
Əlibaba Məmmədov (xalq artisti) - muğam sənətinin inkişafında xidmətlərinə görə. Nəzakət Teymurova (xalq artisti) - muğam ifaçılığında əldə etdiyi nailiyyətlərə görə. Zemfira Abdullayeva (musiqişünas) - bəstəkar Tofiq Quliyev haqqında yazdığı kitaba görə. Şəhla Həsənova (musiqişünas) - Musa Mirzəyev haqqında yazdığı monoqrafiyaya görə. Allahverdi Paşayev (Fikrət Əmirov adına xalq çalğı orkestrinin rəhbəri). Cavan Zeynallı (cazmen) - aktiv musiqi fəaliyyətinə görə.
Kino
Kino nominasiyasında qaliblər:
Şamil Nəcəfzadə - "Qala" bədii filminə görə. Oqtay Mirqasımov (ssenarist-rejissor) - "Günaydın, mələyim" filminə görə
Teatr
Teatr nominasiyasında qaliblər:
Nailə Kərimova (musiqişünas) - "Azərbaycan teatr musiqisinin XX əsr tarixi" elmi işinə görə.
Ədəbiyyat
Ədəbiyyat nominasiyasında qaliblər:
Firuz Mustafa - "Teatr meydanı" və "Dəniz köçü" əsərlərinə görə.
Kitab
Kitab nominasiyasında qaliblər:
Eldar Günaydın - Sara Aşurbəylinin "Bakı tarixi" kitabının yeni nəşrinə görə.
Jurnalist
Jurnalist nominasiyasında qaliblər:
Fazil Rəhmanzadə - (jurnalist-publisist).
El
Rəsul Rəkşanlı - ("Doktor Xanlar" kitabının müəllifi).
Televiziya
Televiziya nominasiyasında qalib:
Lider Media Holdinqin "Azərbaycan" redaksiyası- "Azərbaycan qalaları" sənədli filmlər silsiləsinə görə.
Foto
Mirələkbər Ağasıyev - (fotoqraf).
Mənbə
Anspress.com
Kateqoriya:"Humay" mükafatı