Əhmədli məscidi — Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən məscid. thumb|300x300px|Əhmədli məscidi təmirdən əvvəl Haqqında Minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin "məktəb tiksəydiniz, daha yaxşı olardı" deyir. Daha sonra "məscid də tikirsinizsə eybi yoxdur" deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir.
2024-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əhmədli məscidi əsaslı təmir olunub. Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı məscidləri Kateqoriya:Şiə məscidləri Kateqoriya:Azərbaycanın memarlıq abidələri Siyahı