I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri.

Həyatı Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir.

Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib.

Ailəsi Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı.

Mənbə

Həmçinin bax Qacarlar Fətəli şah Nasirəddin şah

Kateqoriya:1822-ci ildə doğulanlar Kateqoriya:1880-ci ildə vəfat edənlər Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran nazirləri