Bəykəndi (, ) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.

Coğrafiya thumb|250px|Kəndin yaxınlığındaki qayalar yaz çağında Bəykəndi, Qaqazan mahalının böyük və önəmli yaşayış yerlərindən sayılaraq, Qəzvindən 42 kilometr qərbdə və Qəzvin- Rəşt yolunun yaxınlığında yerləşir. Kəndin ən yüksək nöqtəsi buradan quzeydə yerləşən 1,903 metr ucalığı olan Muradtəpə zirvəsidir.

Əhalisi 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 1.446 nəfər yaşayır (362 ailə). 2016-cı ildə kənd əhalisinin sayı 714 nəfər və 242 nəfərə azalıb.

Milli tərkibi Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.

İqtisadiyyat Kəndlilərin gəliri əkinçilik, bağçılıq və maldarlıqdan əldə edilir. Üzüm və Buğda Bəykəndinin əsas məhsullarıdır.

Din Kənddə İmamzadə Təyyibə Xatun türbəsi yerləşir.

İstinadlar

Kateqoriya:Qəzvin şəhristanının kəndləri