Ştefan (İştvan) Burian fon Rayej (; ; ) — Avstriya-Macarıstan diplomatı və dövlət xadimi.
Həyatı
Karyerası Stampfendə (indiki Slovakiya) aristokrat Macar ailəsində anadan olmuşdur. Diplomatik Akademiyanı bitirdikdən sonra konsulluq xidmətində olmuş, həmçinin Avstriyanın Moskvadakı Baş Konsulluğunda işləmiş, sonra diplomatik xidmətə başlamışdır. 1887—1895-ci illərdə Sofiya, 1896—1897-ci ildə Vürtemberq və 1897—1903-cü ildə Afinada səfir idi. Balkanlar üzrə mütəxəssis hesab olunurdu.Österreichisches Biographisches Lexikon 1815—1950 (ÖBL). Band 1, Verlag der Österreichischen Akademie der Wissenschaften, Wien 1957. — S. 129. 1900-cü ildə baron, 1918-ci ildə qraf adına layiq görüldü.
1903-cü ildə imperator I Frans İosif tərəfindən Maliyyə Naziri təyin edildi və 1912-ci ilə qədər bu vəzifədə qaldı. 1913—1915-ci illərdə Macarıstan kralı (Franz İosifin titullarından biri) yanında səlahiyyətli nazir idi, faktiki olaraq Vyanadakı mərkəzi hökumət ilə Budapeştdəki Macarıstan hökuməti arasında əlaqə yaradırdı.
1915-ci ildə Xarici İşlər Naziri vəzifəsinə başladı, ancaq 1916-cı ilin sonunda İmperator I Karlın taxta oturması ilə yerinə Ottokar Çernin gətirildi və o, Maliyyə Naziri vəzifəsinə qayıtdı.
Birinci Dünya müharibəsi Hələ 1914-cü ilin əvvəllərində Burian, Avstriya-Rusiya diplomatiyasındakı gərginlikdən bəhs etmişdiк: onun fikrincə, Avstriya-Macarıstan Rusiyaya Qalisiyadakı polyak-ukrayn işlərinə qarışmaması üçün zəmanət versəydi və onların separatçılığını dəstəkləməsəydi, onda Rusiyanın Balkan ölkələrini Avstriya-Macarıstana qarşı çevirmək üçün səbəbi olmazdı. Bundan əlavə, müharibəyə qarışması ilə əlaqədar İtaliya ilə danışıqlar zamanı Burian, Avstriyanın ərazi bütövlüyünü (Trentinonu İtaliyaya vermək düşünülürdü) qoruyaraq uzun müddət ərzində ölkəni bu addımdan mümkün qədər uzaqda saxlamağa çalışdı.István Diószegi: Außenminister Stephan Graf Burián. Biographie und Tagebuchstelle. In: Annales Universitatis Scientiarum Budapestinensis de Rolando Eötvös nominatae. Sectio historica 8 (1966). — S. 177.
İstinadlar
Kateqoriya:Avstriyanın xarici işlər nazirləri