II Artafern — fars qoşun başçısı, Lidiya satrapı Artafernin oğlu. I Daranın qardaşı oğlu.
Həyatı Artafern Əhəmənilər İmperiyasının bir sıra hərbi yürüşlərində iştirak etmişdir. Mardoninin Elladaya uğursuz yürüyüşündən sonra e.ə. 492-ci ildə Datis ilə birlikdə yeni kampaniyanın rəhbəri təyin edildi.Herodot. Tarix VI. 94
Əvvəlcə kampaniya yaxşı gedirdi. Datis və Artafrenlər Naksos və digər bir neçə adanı fəth etdilər, Eretriya şəhərini yandırdılarHerodot. Tarix VI. 101 və Marafona çatdılar. Farslar üçün Marafon döyüşü məğlubiyyətlə başa çatdı.
Asiyaya qayıtdıqdan sonra Artafern öz nüfuzunu qorudu. I Kserksin Yunanistana yürüşü zamanı, yəni Marafon döyüşündən 10 il sonra, lidiyalılar və misiyalılara rəhbərlik edirdi.Herodot. Tarix VII. 74
İstinadlar
Kateqoriya:Əhəmənilər sülaləsi Kateqoriya:Yunan-İran müharibələrinin iştirakçıları Kateqoriya:Farslar Kateqoriya:Əhəmənilər dövləti şəxsləri