thumb|200px|Bombay birjası thumb|right|Cənubi Hindistan sahilləri thumb|right|Şimali Hindistan dağları thumb|right|Hindistan parlamenti Hindistan (, ) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir.

+Hindistan Respublikasının beynəlxalq rəmzləri Heyvan 50px Quş 50px Ağac 50px Çiçək 50px İrsi heyvan 50px Su heyvanı 50pxSürünən heyvan 50pxMəməli irsi heyvan 50px Meyvə 50pxMəbəd 50px Çay 50px Dağ 50px

Adın etimologiyası Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur. Qədim yunanlar isə hindliləri İndoi olaraq adlandırmışdır. Hindistan adı Hindistan konstitusiyasında və Hindistandakı bir çox yerli dildə Bharat olaraq adlandırılır. Bharat adı hindlilərin əfsanəvi kralları olan Kral Bharata adından yaranmışdır. Fars dilində bir söz olan Hindistan əvvəlcə Şimali Hindistan üçün istifadə olunsa da, sonradan bütün Hindistan üçün istifadə olunmağa başlanmışdır.

Tarixi Hindistan ərazisindəki ilk dövlət bizim eradan əvvəl e.ə. I minilliyin birinci yarısında yaranmışdır. Qədim və orta əsrlərdə Hindistanın elm, ədəbiyyat, incəsənət sahəsindəki nailiyyətləri, müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına müsbət təsir göstərmişdir. XVI əsrin əvvəllərindən Avropa müstəmləkəçiləri tərəfindən tədricən Hindistan müstəmləkəyə çevrilmiş və iki yüz il Böyük Britaniyanın tabeliyində olmuşdur. 1857–1859-cu illərdən milli-azadlıq hərəkatları, 1918–1922; 1928–1933-cü illərdə itaətsizlik, 1946-cı ildə hərbi dənizçilərin üsyanı nəticəsində 1947-ci ildə Hindistan dominion statusu almış, 1950-ci ildə isə respublika elan edilmişdir.

Tarixən müstəmləkəçilikdə olması ölkənin sosial-iqtisadi inkişafina güclü təsir etmiş, uzun müddət köhnə, ənənəvi sosial-iqtisadi quruluşun qalmasına səbəb olmuşdur. Ölkə Britaniyanın xammal əlavəsinə çevrilmişdir. İqtisadiyyatda Britaniya kapitalı əsas rol oynamışdı. Natural təsərrüfat üstünlük təşkil edirdi. Təsərrüfatın müasir quruluşu ilə işçilərin 5%-i məşğul olurdu ki, onlar da milli gəlirlərin ancaq 10–15%-ni istehsal edə bilirdilər.

Müasir tarix İkinci dünya müharibəsinin sonlarına yaxın Böyük Britaniyanın müstəmləkəsio olan Hindistanda milli-azadlıq hərəkatı genişləndi. Böyük Britaniya Hindistana dominion hüququ verməyə məcbur oldu. Həmin ilin avqustunda Cəvahirləl Nehru başda olmaqla Müvəqqəti hökumət təşkil olundu. Lakin bu tam azadlıq deyildi. Xalqın mübarizəsi davam edirdi. Bu mübarizə nəticəsində 1947-ci ildə Hindistanda ingilis ağalığına son qoyuldu. Həmin ilin avqustun 15-də Hindistan ərazisində dini əlamətlər əsas götürülməklə iki müstəqil dövlət, hindusların çoxluq təşkil etdiyi Hindistan və əhalisi əsasən müsəlmanlardan ibarət olan Pakistan dövlətləri quruldu. Elə ilk illərdən bu dövlətlərin bir-birinə qarşı ərazi iddiaları meydana çıxdı. Qərb dövlətləri bu iki böyük dövlətləri bir-birinə qarşı müharibəyə sürükləyərək onların hər ikisini inkişafdan saxlayırdı. Hindistan bu iddialarında SSRİ-nin, Pakistan Qərbin köməyinə arxalanırdı. Kəşmir regionuna sahiblik üzərində 1948-ci ildə Birinci Hindistan-Pakistan müharibəsi baş verdi. BMT Təhlükəsizlik Şurasının vasitəçilik missiyasının fəaliyyəti sayəsində barışıq əldə olundu. Şimali-qərbi Kəşmir və ya Kəşmirin üçdə bir hissəsi (Azad Kəşmir) Pakistanın, qalan ərazisi isə Hindistanın nəzarəti altına düşdü. 1965-ci ildə Kəşmir Müəssislər Məclisinin qəbul etdiyi konstitusiya Kəşmiri Hindistan ittifaqının tərkib hissəsi elan etdi. Bu, İkinci Hindistan-Pakistan müharibəsinə səbəb oldu. Bu dəfə Çinin mübarizəyə qarışacağından ehtiyatlanan SSRİ-nin fəal vasitəçiliyi ilə müharibə 1966-cı ildə dayandırıldı və Daşkənd bəyannaməsi imzalandı. Kəşmir məsələsi 1987, 1988, 1997-ci illərdə də iki dövlət arasında qanlı hərbi toqquşmalara səbəb oldu. Pakistan Kəşmir məsələsinin beynəlxalq səviyyədə həll olunmasına çalışır, onu Hindistanın tərkib hissəsi kimi tanımır. Burada BMT-nin nəzarəti altında referendum keçirilməsi tələb edilir, lakin Hindistan buna razılıq vermir. Hindistan ərazisi ilə həmsərhəd olan Qərbi Pakistandan ayrılan Şərqi Pakistanda 1971-ci ildə geniş muxtariyyət uğrunda mübarizə başlanarkən Hindistan qoşunlarını Şərqi Pakistan ərazisinə yeritdi və burada müstəqil Banqladeş dövlətinin yaranmasına kömək etdi.

1950-ci ildə Hindistan respublika elan olundu. Həmin il qəbul olunmuş konstitusiya Hindistanı 22 ştat və 9 müttəfiq ərazidən ibarət federativ respublika, idarə formasına görə parlanment respublikası kimi təsbit etdi. "Nehru xətti"nin həyata keçirilməsi sayəsində ölkədə nisbətən sabit demokratik inkişafı təmin edən əsaslar yarandı. Hindistanda heç vaxt dövlət çevrilişləri, hərbi rejimlərin hakimiyyəti olmamışdır. Hindistanı "dünyanın ən böyük demokratiyası" adlandırırlar. Nehru və sələfləri, qızı İndira Qandi və nəvəsi Raciv Qandi 39 il Hindistan hökumətinə başçılıq etmişdilər. Hindistan Milli Konqresi uzun müddət siyasi həyatda real müxalifətə rast gəlmədən lider olmuşdur. "Nehru xətti" iqtisadi inkişafı sürətləndirdi. Ölkədə qarışıq iqtisadiyyat yaradıldı, özəl bölmə ilə yanaşı dövlət bölməsinin inkişafına diqqət yetirildi, böyük sənaye potensialı meydana gəldi. Yaşıl inqilab 70-ci illərdə ölkəni ərzaq taxılı ilə təmin etməyə imkan verdi. 80-ci illərdə Hindistanda bazar islahatları keçirilməyə başlandı. Əvvəllər sənayedə əsas diqqət idxalı azaltmağa yönəlmişdisə, indi ixraca işləyən sənaye sahələrinin inkişaf etdirilməsinə üstünlük verildi. Hindistanın böyük intellektual potensialı vardır. 70-ci illərdə ölkədə nüvə enerjisi əldə olundu. Hindistan 1980-ci ildə öz raketdaşıyıcısı vasitəsilə kosmosa rabitə peykini buraxdı, 90-cı illərdən etibarən ölkədə taktiki və ballistik raketlər hazırlanır. Lakin fəal demoqrafik siyasətin aparılmasına baxmayaraq, əhali artımının sürətli olması, buna qarşı islahatların təsirini azaldır. Əhalinin böyük əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

1980-ci illərdə Hindistanda siqh fanatizmi dalğası qalxdı. Müstəqil Siqh dövləti yaratmaq uğrunda mübarizə aparan bu icmanın üzvləri mərkəzi hökumətə təzyiq vasitəsi kimi terror kampaniyasına başladılar. Baş nazirlər İndira Qandi 1984-cü ildə, Raciv Qandi isə 1991-ci ildə bu terrorun qurbanı oldular. Cavab reaksiyası kimi hinduslar da Hindus dövləti yaratmaq uğrunda mübarizəyə başladılar. İnhisarçıların kiçik bir qrupunun iqtisadi qüdrətinin artması ilə onların hakim partiyanın rəhbərliyinə təsiri güclənirdi. Eyni zamanda antiinhisarçı qüvvələr də artırdı. Hakim partiya iki hissəyə parçalandı. İnhisarçı qüvvələrə xidmət edən sağlardan ibarət sindikat və İndira Qandinin başçılığı ilə sol-mərkəzçi koalisiya yarandı. İndira Qandi "Qandi xətti"-ni davam etdirdi. Daxili parçalanma, yaranan yeni münasibətlərə çevik münasibət göstərilməməsi, dini ayrı-seçkilik iddiaları, dini-siyasi qüvvələrin fəallaşması Hindistan Milli Konqresinin nüfuzunu xeyli azaltdı. Ölkədə siyasi böhran baş verdi. Hakimiyyət uğrunda mübarizə kəskinləşdi. 1977–1980-ci illərdə Canata partiyası, 1989–1991-ci illərdə müxalif Milli Cəbhə hakimiyyətə gəldi. 1991–1996-cı illərdə Hindistan Milli Konqresi hakimiyyəti ələ alsa da, onu uzun müddət özündə saxlaya bilmədi. 1998-ci ildə Bhatriya Canata partiyası hakimiyyətə gəldi. Bütün sadalanan çətinliklərə baxmayaraq, Hindistan yenə də, Cənubi Asiyada aparıcı mövqeyini saxlayır. İqtisadiyyatın liberallaşdırılması, xarici kapitalın geniş cəlb edilməsi, özəlləşdirmə onun inkişafında başlıca meyllərdir.

Fiziki-coğrafi xarakteristika Hindistanın təyin geoloji prosesləri yetmiş beş milyon il əvvəl başlandı, nə vaxt Hindistan subkontinenti, onda (sonra) cənubi supercontinent Qondvanasının hissəsi, northeastwards dreyfini, əlli milyon il davam etmək, başladı, o vaxtkı unformed Hind okeanından. Avrasiya Lövhə (Boşqab) ilə subkontinentin sonrakı toqquşması və onun (bunun) altında subdiksiya, Himalaya başlanğıc verdi, planetin ən yüksək dağları – hansı indi şimalda və şimal-şərqdə Hindistan yanaşır (həmsərhəddir). Əvvəlki dəniz dibində dərhal meydana çıxma Himalayının cənubu, lövhə (boşqab) hərəkəti (hərəkatı) tədricən malik olmaq geniş təknə, yaratdı, hansı ki indi çay məhdud çöküntü ilə, doldur(ul)muş oldu İndo Gangetic Düzənliyini formalaşdırır. Bu düzənliyin qərbinə və ondan (budan) Aravalli Diapazonu ilə kəsin, Tar Səhrası uzanır. Orijinal (ilkin) Hindistan lövhə (boşqab) indisi yarımada sakini Hindistanı, ən köhnə (yaşlı) və geoloji əksər möhkəm kimi sağ qalır və Satpura və Vindhya kimi uzaq şimal kimi uzanmaq mərkəzi Hindistanda yerləşir. Bu paralel diapazonlar şərqdə Jharkhand-da kömür ilə zəngin Chota Nagpur Plateauya qərbdə Qucaratda Ərəb dənizi sahilindən qüvvədə olur (qaçır). Onların cənublarına, saxlanma (qalan) yarımada sakini landmass-ına, Dəkkən yaylası, uyğun olaraq sol və sağda sahilboyu diapazonlar, Qərbi Qatlar və Şərqi Qat ilə dövrələnilir; plato Hindistanda, bir milyarddan çox yaşında bəzilərində ən köhnə qaya formalaşmalarını özündə saxlayır. Belə dəbdə (üsulda) təşkil etmiş (edilmiş), Hindistan şimali en dairəsi şərqi uzunluq dairələri, 68°7' və 97°25' 6°44-ün' və 35°30-un' aralarında bərabərləşin şimalına uzanır.

Hindistanın sahili 7 517 kilometr uzunluğundadır; budan məsafə, 5 423 kilometr (kilometrlik) (3 370 hərbi kəşfiyyat) yarımada sakini Hindistanına və Andaman-a, Nicobar-a və Hindistan hərbi-dəniz hidroqrafik diaqramlarına Müvafiq olaraq Lakşadvip Islands.[13-ına] və 2 094 kilometrə (kilometrliyə) (1 301 hərbi kəşfiyyat) mənsubdurlar, materik sahili növbətidən ibarətdir: 43% qumlu sahil (çimərlik), sıldırım qayalar, 46% çay keçidi və ya bataqlıq coast., daxil olmaqla 11% qayalı sahil

Əsas Himalay mənşə çayları – hansı ki zəruri olaraq Hindistandan axan Qanqı və Brahmaputranı özündə saxlayır (daxil edir), hər ikisi, hansı ki Benqal körfəzinə axır. Qanqın vacib bac verənləri (qolları) Yamunanı və Kosi-ni özündə saxlayır (daxil edir) – kimin ki çox aşağı qradiyenti hər il fəlakətli daşqınları doğurdur. Əsas yarımada sakini çayları – kimin ki daha sıldırım (sərt) qradiyentləri daşqından onların sularının qabağını alır – Qodavarini, Mahanadini, Kaveri və Krişna -, özündə saxlayır (daxil edir) Kaveri və Krişna; və Narmada və Tapti – hansı ki Ərəb dənizinə axır. Hindistanın tanınmış sahilboyu xüsusiyyətləri arasında qərbi Hindistanda və allüvial Sundarbans deltasında bataqlıq Kaç Rannıdır – hansı Hindistan Banqladeş ilə bölür. Hindistan iki arxipelaqa malikdir: Lakşadvip, Hindistanın cənub-qərb sahilindən mərcan atollları; və Andaman və Nikobar adaları, Andaman dənizində vulkanik zəncir. Hindistanın iqlimi inadla Himalayın və Tar Səhrasının təsiri altındadır, hər ikisi, hansı ki mussonları sürür. Himalay oxşar en dairələrində çox yerləşdiyi yerlərdən daha isti görünməkdən, Hindistan subkontinentinin böyük hissəsini saxlamaqdan soyuq Mərkəzi Asiya katabatic küləklərinin qabağını alır. Tar Səhrası cənub-qərbi yay musson küləklərini rütubət yüklə(il)mişi cəlb edən kritik (həlledici) rolu oynayır (ifa edir) – hansı ki, İyunun və Oktyabrın aralarında, Hindistanın daha rainfall.Fou əsas iqlim qruplaşmalarının əksəriyyətini (çoxluğunu) təmin edir, Hindistanda üstünlük təşkil et: tropik yaş, tropik quru, subtropik rütubətli və dağlıq.

İnzibati ərazi bölgüsü Hindistan Respublikası inzibati cəhətdən 28 ştat və 8 ittifaq ərazisindən ibarətdir.

Ştatlar: