1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi. Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı.

Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi.

Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu. Təyyarədəki 44 nəfərdən 21-i dərhal öldü, bir çoxu isə huşunu itirdi. Təyyarənin yanacaq çəninin partlayacağından ehtiyat edən təyyarə komandiri qalan sərnişinlərə və heyət üzvlərinə təyyarədən çıxmağı və təhlükəsiz məsafəyə getməyi əmr etdi. Buna baxmayaraq, "Mançester Yunayted"in qapıçısı Harri Kreq yaralıların çıxmasına kömək etdi.

Aeroport rəhbərliyi qəzada əsas günahkar kimi təyyarənin komandiri Ceyms Teni göstərdi. Lakin 10 il sonra 1968-ci ildə Ceyms Ten bəraət aldı.

Əvvəlki iki mövsüm İngiltərə çempionluğunu qazanan "Mançester Yunayted" qəza ərəfəsində ardıcıl üçüncü dəfə liqa çempionluğu adı uğrunda mübarizə aparırdı və İngiltərə çempionatında lider "Vulverhempton"dan 4 xal geridə qalaraq ikinci yerdə qərarlaşmışdı. Çempionatda komandaların "Old Trafford" stadionundakı oyunu da daxil olmaqla 11 matç qalırdı. "Yunayted" artıq İngiltərə Super Kubokunu qazanmış və ardıcıl ikinci il idi ki, UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəlmişdi. Komanda 11 matç idi ki, məğlub olmurdu. Qəza səbəbindən MY Premyer Liqanı və UEFA Çempionlar Kuboku uğrunda tam gücü ilə mübarizə apara bilmədi və ingilis futbolu tarixinin ən istedadlı gənc komandalarından birini itirdi. Münhen faciəsindən 10 il sonra, qəzadan sağ çıxan Mett Basbi "Mançester Yunayted"in yeni heyətinə UEFA Çempionlar Kubokunda qələbə qazandırdı. Bu yeni komandanın heyətində 1958-ci il təyyarəsi qəzasından sağ çıxmış iki nəfərdə var idi: Bobbi Çarlton və Bill Foulkes.

Tarixi 250px|thumb|right|“Srvena Zvezda” ilə cavab matçından əvvəl “Basbinin körpələri”i (fəlakətdən əvvəl son oyun) 1878-ci ildə “Nyuton Hit” adı ilə yaradılan, 1902-ci ildən “Mançester Yunayted” (MY) adlanan futbol komandası İkinci dünya müharibəsinə qədər xüsusi nailiyyətləri ilə öyünə bilməzdi. Müharibənin bitməsindən az sonra, 1945-ci ilin oktyabrında MY-ə yeni baş məşqçi təyin olunur. Mett (Mettyü) Basbi futbolçu kimi “Mançester Siti” və “Liverpul”da çıxışları ilə məşhur idi. Məşqçi kimi ilk iş yeri isə elə "Yunayted” oldu. Onun rəhbərliyi altında komanda dərhal birinci divizionun liderlərində birinə çevrildi.

Bu illərdə komandaya Dunkan Edvards, Bobbi Çarlton, Eddi Kolman, David Peqq, Albert Skenlon, Tommi Teylor, Bill Foulks, Liam Uilan kimi gənc oyunçular cəlb edilir. 1955/1956 mövsümündə oyunçularının orta yaş həddi 22 olan və buna görə də “Basbinin uşaqları” adlandırılan komanda ikinci yeri tutan “Blekpul”u 11 xal qabaqlayaraq qızıl medal qazandı. Nəticədə MY Çempionlar Kubokunda iştirak edən ilk İngiltərə komandası olduWhite, p. 105. (həmin turnirin ilk mövsümündə İngiltərə çempionu “Çelsi” iştirakdan imtina etmişdi).White, p. 103.

Növbəti il daxili çempionat "Yunayted" üçün yenə uğurlu oldu. Komanda 64 xal toplayaraq ikinci yeri tutan “Tottenhem Hotspur”u 8 xal qabaqladı və beşinci dəfə ölkə çempionu oldu. Eləcə də yenidən Çempionlar kubokunda İngiltərəni təmsil etmək hüququ qazandı.Crick et al., p. 39. “Basbinin körpələri” ilk iki mərhələdə İrlandiyanın “Şemrok Rovers” (6:0 və 3:2) və Çexoslovakiyanın “Dukla” (3:0 və 0:1) komandalarını adlayaraqMorrin, pp. 67–68. dörddə bir finalda Yuqoslaviyanın “Srvena Zvezda” komandası ilə qarşılaşdı. 1958-ci il yanvarın 14-də evdə keçirilən ilk oyunda mançesterlilər 2:1 hesabı ilə çətin qələbə qazandılar.

“Dukla”ya qarşı oyundan sonra Praqadan qayıdanda “Mançester Yunayted” oyunçuları xeyli əziyyət çəkdilər. Onlar düman üzündən Praqadan Londona deyil, Amsterdama uçdular, buradan bərə ilə Haricə keçdilər, oradan Mançesterə getdilər. Növbəti oyun üçün isə Birminhemə yollandılar. Bütün bunlar 4 gün ərzində baş verdi və komanda turnir cədvəlinin aşağılarında olan “Birminhem Siti” ilə oyunda 3:3 heç-heçə oynayaraq xal itirdi.Morrin, p. 93.

“Srvena Zvezda” ilə oyundan sonra belə sərgüzəştlərlə üzləşməmək üçün komanda təyyarə kirayələmişdi.Morrin, pp. 77. "Yunayted” dalbadal üçüncü dəfə çempion olmağa can atırdı, amma turnir cədvəlində lider olan “Vulverhempton Uonderers” klubundan 6 xal geridə idi. Amma qarşıda hələ 14 oyun, o cümlədən “Vulverhempton”la əyani qarşılaşma olduğundan çempionluq şansı qalırdı.

Fevralın 5-də Belqradda keçirilən oyun isə olduqca dramatik alındı. İlk hissədən sonra “Mançester Yunayted” 3:0 hesabı ilə irəlidə idi. Amma ikinci hissədə hesabı bərabərləşdirmək üçün yuqoslavlara cəmi 13 dəqiqə lazım gəldi. Artıq 58-ci dəqiqədə hesab 3:3 idi. Bununla belə, Mançester komandası sərfəli hesabı qoruya bildi və yarımfinala vəsiqə qazandı.Morrin, p. 86. Problem hələ Belqradda başladı. Komandanın hücumçusu Conni Berri pasportunu itirdiyindən təyyarə uçuşa 1 saat gec başladı.Crick et al., p. 46. Üstəlik, icarəyə götürülən “Airspeed Ambassador” təyyarəsi qısa məsafələr üçün nəzərdə tutulduğundan onunla Belqraddan Londona uçmaq mümkün deyildi. Buna görə də fevralın 6-da Qrinviç vaxtı ilə saat 13.15-də yanacaqdoldurmaq üçün Münhendə yerə endi.White, p. 119.

Təyyarə Airspeed AS.57 Ambassador (qeyd nömrəsi G-ALZU, seriya 5217) 1950-ci ildə istehsal edilmişdi. Eyni ildə aprelin 5-də Lord Burghley adını aldığı British European Airways (BEA) şirkətinə verilmişdi. İki Bristol Centaurus 661 mühərrikləri ilə təmin olunmuşdu. Qəza gününə qədər isə 6363 uçuş saatı keçmişdi..

Heyət BE609 reysinin heyəti aşağıdakı kimi olmuşdu:

Təyyarə komandiri 36 yaşlı Ceyms Teyn təcrübəli pilot, 5 il (1952-ci ildən) BEA və Kral Hava Qüvvələrində xidmət etmişdir. 7337 saat uçuş vaxtına malik idi. and received a permanent commission in the same rank in 1952. İkinci pilot 36 yaşlı Kennet Qordon Reyment təcrübəli pilot, 1953-cü ildən kapitan köməkçisi olaraq 12 il (1945-ci ildən) BEA-da işləmişdir. Airspeed Consul, C-47, Vickers Viking və Vickers Viscount təyyarələrində uçuş təcrübəsinə malik idi. 8463 saat uçuş vaxtına malik idi. Bort radiooperatoru 35 yaşlı Jorc Viliyam Roqers.

Təyyarə salonunda üç stüard və stüaressa olmuşdur: Villiam Tomas Ceybl, () 41 yaşında. Marqaret Ursula Bellis (), 36 yaşında. Rozmari Çeverton, () 26 yaşında.

Qəza Təyyarə kapitanı Ceyms Teyn Airspeed AS.57 Ambassadoru Belqrada uçuş zamanı özü idarə etmiş, lakin geri dönərkən təyyarəyə nəzarəti ikinci pilot Kennet Qordon Reymentə təhvil vermişdi.Morrin, p. 79. Saat 14:19-da Münhen hava limanının nəzarət qülləsi təyyarənin yola düşməyə hazır olduğunu və saat 14:31-də havaya qalxmasına icazə verdiyini elan etdi.Morrin, p. 97. Bununla belə ikinci pilot uçuşu ləğv etdi, çünki komandir təyyarənin tam gücü ilə işlədikdə sol mühərrik təzyiq göstəricisindəki dalğalanmaların və sürətlənərkən mühərrikdə qeyri-adi səslərinin olduğunu gördü.Morrin, p. 98. 3 dəqiqə sonra, saat 14:34-də ikinci qalxma təşəbbüsü göstərildi, lakin 40 saniyədən sonra təyyarə yerdən qalxmadığı halda, bu da ləğv edildi.Morrin, pp. 99-100. Uğursuz qalxma cəhdləri, "Elizabet" sinifinə daxil təyyarələri üçün ümumi bir problem olan yanacaq qarışığının həddindən artıq zənginləşdirilməsi səbəbindən həddindən artıq mühərrik sürətlənməsiylə əlaqələndirildi. İkinci uğursuz qalxma cəhdindən sonra bütün sərnişinlər təyyarədən düşüb hava limanında yerləşdilər.Morrin, p. 101. Artıq güclü qar yağmağa başlamışdı və sərnişinlər həmin gün uçuşun baş tutacağına inanmırdılar. Hətta klubun oyunçusu Edvard Dunkan özünün Mançesterdəki ev sahibəsinə belə məzmunlu teleqram da vurdu: "Bütün uçuşlar ləğv edildi, sabah yola düşürəm. Dunkan".Barnes et al., p. 16..

Amma təyyarənin kapitanı Ceyms Teyn hava limanınıln mühəndisi ilə mələhətləşmədən sonra daha bir cəhd etməyi qərara aldı. O, bu dəfə mühərrikdəki boğulmanı drosselləri daha asta-asta açmaqla adlamaq niyyətində idi. Bu o demək idi ki, təyyarə lazım olan sürəti daha gec yığacaq, amma uçuş zolağının uzunluğunun 2 km olması kapitanı bunun öhdəsindən gələcəyinə inandırırdı.Morrin, p. 103

Gözləmə zalına gedən sərnişinlər cəmi 15 dəqiqə sonra yenidən təyyarəyə dəvət olundular. Onlar üçüncü cəhdin belə tez, texniki baxış və təmir aparılmadan edilməsindən xeyli təəccüblənmişdilər. Komandanın qapıçısı Harri Qreqq sonralar verdiyi müsahibəsində deyirdi ki, əgər bircə nəfər “bu axmaqlıqdır, mən uçmaq istəmirəm” desəydi, yəqin ki, çoxları ona qoşulardı. Amma hamı qorxaq görünməkdən qorxdu.

Airspeed Ambassador üçüncü cəhdinə 15.03-də başladı.Morrin, p. 108. Bir qədər sonra sol mühərrik yenə boğulmağa başladı. Amma kapitan onun sürətini əvvəlcə azaltmaqla, sonra isə tədricən artırmaqla normal işləməsini təmin edə bildi.Morrin, p. 109. Az sonra, sürət 217 km/saat olanda kapitan “V-1” komandasını verdi.Morrin, pp. 109—110. Bu o demək idi ki, təyyarə dayanmaq həddini keçdi. İndi yalnız bir yol qalırdı – yuxarıya. Təyyarəni idarə edən ikinci pilot Ambassadorun havaya qalxması üçün lazım olan minimum 220 km/saat sürəti və “V-2” komandasını gözləməyə başladı.Morrin, p. 110.

Amma aeroport işçilərinin səhlənkarlığı üzündən uçuş zolağının son 1/3 hissəsi qardan təmizlənməmişdi. Qar çamırının içinə gorən təyyarənin sürəti azalmağa başladı, 194 km/saata düşdü. Sürət təyyarəni havaya qaldırmaq üçün az idi, saxlamaq üçün isə zolağın uzunluğu çatmırdı.

Ambassador uçuş zolağından çıxdı, hava limanının hasarını dağıtdı, sol qanadı ilə yaxınlıqdakı yaşayış evinə toxundu.Morrin, pp. 112—113. Hərəkətini davam etdirən təyyarə sağ tərəfi ilə taxta anqarla toqquşdu və burada olan yanacaq dolu yük maşını alışdı. 44 sərnişin və heyət üzvündən iyirmisi hadisə yerində həlak oldu. Daha bir nəfər, idman jurnalisti Frenk Svift xəstəxanaya aparılarkən keçindi.

Həlak olanlar Heyət üzvləri Kennet Qordon Reyment (), ikinci pilot (qəzadan xilas olsa da, ancaq 6 həftədən sonra beyin zədəsi aldığından xəstəxanada öldü). Villiam Tomas Ceybl, (), stüart. Sərnişinlər “Mançester Yunayted”in oyunçuları 250px|thumb|right|İki mühərrikli Ambassador təyyarəsi. Ceff Bent () Rocer Bern () Eddi Kolman () Mark Cons () Devid Peqq () Tommi Teylor Liam Uilan Daha bir oyunçu, İngiltərənin ən perspektivli futbolçusu sayılan 21 yaşlı Dunkan Edvards () 15 gün sonra xəstəxanada keçindi. “Mançester Yunayted”in məşqçi heyəti 250px|thumb|right|"Basbinin körpələri", 1955-ci ildə. Volter Krikmer () klub katibi Tom Karri () məşqçi Bert Uolli () baş məşqçi

Jurnalistlər Alf Klark (), Manchester Evening Chronicle Donni Deyvis (), Manchester Guardian Corc Follouz (), Daily Herald Tom Cekson (), Manchester Evening News Arçi Ledbruk (), Daily Mirror Henri Rouz (), Daily Express Frenk Svift (), News of the World ("Mançester Siti"nin keçmiş qapıçısı və İngiltərə millisinin oyunçusu; xəstəxanaya aparılarkən yolda ölmüşdü) Erik Tompson (), Daily Mail

Tədqiqat